Rings

Avstraliya



Avstraliya 23 milyon əhalisi olmasına baxmayaraq yalnız Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarından geridə qalaraq beynəlxalq tələbə axınına görə dünyada üçüncü yeri tutur. Dünyanın ən yaxşı 100 universitetindən 7-nin burada olması heç də təəccüblü deyil. Tələbə yaşayışı, həyat keyfiyyəti, işəgötürmə qabiliyyəti – qısası tələbə üçün vacib olan əlamətlərin demək olar ki,hamısını özündə cəmləşdirən Avstraliya gələcək karyeralarında onların ixtisaslaşmış kadrlar kimi fəaliyyət göstərmələri üçün bütün variantları təklif edir.

Avstraliyada təhsil xüsusi bir sahə üzrə deyil bütün istiqamətlərdə inkişaf etmişdir. 1000000-a yaxın insan Avstraliyanın kəşf və yeniliklərinə etibar edir. Məsələn: WIFI, Penicilin, IVF, Ultrasound, Bionic Ear, Cervical Cancer Vaccine, Black Box bunların kəşfində Avstraliya univeristeti məzunlarının da payı olmuşdur. Bundan əlavə 15 Nobel Lauratı da bu uğurlar sırasına daxildir.

Universitetlər çox sayda kampusa malik olması, sizə Avstraliyanın bir çox bölgəsində yaşayıb təhsil almağınıza dair seçimlər verir.

İl boyu mülayim iqlim, kriminal göstəricinin aşağı və həyat səviyyəsinin yuxarı olması Avstraliyada təhsilin avantajlarını artırır.

Avstraliyada Sydney, Melbourne, Perth, Brisbane, Adelaide kimi bir çox universitet şəhərcikləri var. Burada təhsil alarkən sizə işləmək imkanı da yaradılır.

Avstraliyada yerləşən reytinqli universitetlərə misal olaraq The Australian National University (dünya üzrə 19), University of Melbourne (dünya üzrə 42), University Of Sydney (dünya üzrə 45), The University of Queensland (dünya üzrə 46), The University of Adelaide (dünya üzrə 113) və s.

Reytinq göstəriciləri QS World University Ranking saytının 2016-cı il üçün açıqladığı siyahıdan götürülmüşdür.

Viza Məlumatı
  1. Pasport
  2. Universitetin qəbul məktubu
  3. Viza müraciət formları
  4. Şəxsiyyət Vəsiqəsi (Tərcümə və Notarial təsdiq)
  5. Attestat və ya Diplom (Tərcümə və Notarial təsdiq)
  6. ECOE məktubları
  7. Sponsor məktubu və ya Bankdan arayış
  8. Tibbi arayış
  9. Şəkil 3.5x4.5 (2 ədəd)
  10. IELTS və ya TOEFL
  11. Məhkumluq haqqında arayış
  12. Hərbi bilet(arayış)


Rsz img 0263

Günel Məmmədova

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994505122828

gunel@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın