Loader

Kanada

Orta məktəblər



Breanerbanners

Braemar College

Braemar College - Toronto-nun mərkəzində Toronto Universitetinin yaxınlığında yerləşən internat məktəbdir. Braemar College Ontario Təhsil Nazirliyi tərəfindən akkreditasiyaya malikdir. Kolleci bitirdikdən sonra tələbələr orta təhsil haqqında dövlət attestatı alırlar. Kollecin məzunları Kanadanın ən yaxşı universitetlərindən başqa həm də ABŞ, Böyük Britaniya, Yeni Zellandiya, Avstraliya və Avropanın ən qabaqcıl universitetlərinə daxil olurlar. Son bir neçə il ərzində kollecin məzunları University of Ottawa, University of Toronto, Simon Fraser University, University of Guelph, University of Waterloo, York University, Ryerson University, McMaster University və s. aparıcı universitetlərə daxil olublar. Kollecin əməkdaşlıq elədiyi partnyor universitetləri var - York University, University of Waterloo və Ryerson University kollecin məzunlarını zəmanətli qəbul edirlər.

Ətraflı

Csm home aerial 305fcd6010

Brentwood College

Sakit okeanın sahilində, Vankuver adasında yerləşən Brentwood College məktəbin son illərində keyfiyyətli təhsil almaq və eyni zamanda universitetə qəbul üçün hazırlaşmaq istəyən tələbələr üçün əla seçimdir. Kollec tələbələrinin 80%-ni Kanadalı, 7%-ni isə Amerikalı gənclər təşkil edir. Bu gözəl mənzərəli təhsil ocağı 40 ölkədən olan 510 xarici tələbəyə qapılarını açır.

Ətraflı

Cic 2015 boardinghs 3

Columbia International College

Columbia International College Kanadanın ən böyük özəl məktəblərindən biridir. Məktəb 1979-cu ildə təsis olunmuşdur. Columbia International College Ontario Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub.

Ətraflı