Loader

Almaniya



Xaricdə təhsil hal-hazırda gənclərin əsas məqsədlərindən biridir. Hər bir gənc xaricdə təhsil almaq üçün çalışır. İlk əvvəllər bu sahəyə maraq az idisə, indi həddindən artıq çoxdur. 

Gənclərin təhsil almaq üçün seçdiyi ölkələr sırasında Almaniya xüsusi yer tutur.

Təhsil ocaqları özünəməxsusluğu ilə seçilir. Bu ölkəyə təkcə, Azərbaycandan deyil dünyanın hər bir tərəfindən təhsil almaq üçün gəlirlər.

Almaniyadaki universitet heyəti səmərəli təhsil sistemi yaradaraq hər bir tələbəyə fərqli şəkildə yanaşmağa çalışır, tələbələri gələcək rəhbərliyə və liderliyə hazırlayır. Avropanın çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. Almaniyanın tələbələrə təqdim etdiyi imkanlar, fərqli təhsil sistemi, tətbiq etdiyi yüksək təhsil səviyyəsi, Azərbaycan və bütün dünyada tanınan diplomlarıyla tələbələrin seçdiyi ölkələrin başında gəlməkdədir.

Bu gün Almaniyanın ali məktəblərində 2 milyona yaxın tələbə təhsil alır. 

Almaniya yeni fikirlər ölkəsidir. Burada təhsil və elmə böyük əhəmiyyət verilir. Almaniyadan Bakalvr və Magistr dərəcəsi əldə edən tələbələr  Avropa Birliyinə daxil olan istənilən ölkədə iş tapması mümkündür.


Viza Məlumatı

Xarici pasport (ən azı 2 boş səhifəsi olmaqla), xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen vizaları, möhürlərin və qeydləri olan səhifələrin 2 ədəd surəti.

Şəxsiyyət vəsiqəsi (əsli + 2 ədəd surəti).

2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması.

2 ədəd biometrik pasport şəkli (3,5x4,5, 6 aydan köhnə olmamalı) ərizə formasının üzərinə yapışdırılmalıdır.

Ali məktəbə qəbul olunduğu haqqında sənədin əsli (Zulassungsbescheid) Alman ali məktəblərinə sənəd verdiyinizi təsdiq edən sənədin (əsli + 2 ədəd surəti)

Peşə təhsili və fəaliyyəti haqqında tərçümeyi-hal (2 ədəd surəti)

Peşə fəaliyyəti haqqında sənədlər (şəhadətnamələr, diplomlar, iş yerindən arayışlar, dil sertifikatları və s.) (əsli + 2 ədəd surəti)

Təhsiliniz dair məlumatların qeyd olunduğu essay (ixtisas sahəsi, region və s.) Original + 2 ədəd surəti

Almaniyada təhsilinizin və yaşam xərclərinizin (1 il təhsil müddəti üçün) maaliyyələşməsini sübut edən sənəd. Bu aşağıdakı kimidir: - Almaniyadakı hesabınızda (Sperrkonto) 7908 avro olmasını və hər ay yalnız 659,- Avro götürüləcəyini təsdiq edən sənəd + 2 ədəd surəti yaxud

3 ay etibarlı və qiyməti 30.000 avro və ya 50.000 ABŞ dolları olan səyahət üçün tibbi sığorta.

60 Avro viza rüsumu, sənədləri verilmə zamani avro ile nağd ödənilir.

11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın