Rings

Macarıstan



Macarıstandakı universitetlər keçmiş şərq blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standardlarına əsasən fəaliyyət göstərir.

Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. 

Ali təhsil proqramları bakalavr, magistr və doktorantura pillələrindən ibarətdir. Avropa ali təhsil məkanının tədris sisteminə uyğun olaraq proqramlar müvafiq təhsil mərhələləri üzrə bölünür:

Bakalavr proqramı – ilkin dərəcə proqramı və ya ümumi ali təhsil istiqamətidir;

Maqistr proqramı – ixtisaslaşmış dərəcə, həmçinin akademik və ya ixtisas dərəcə proqramıdır;

Doktorantura proqramı – elmi tədqiqat sahəsində ən yüksək elmi araşdırma metodlarının öyrənilməsinə yönəlmiş dərəcə proqramıdır. 

Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir.

Macarıstan 2004-cü ildən Avropa Birliyi üzvü olduğundan ali məktəbləri artıq çox illərdir ki, kredit sistemi və Boloniya prosesinə qoşulublar və bu səbəbdən dünyanın hər bir tərəfindən müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər və Macarıstanda demək olar ki, dünyanın bütün ölkələrindən olan insanlara rast gəlmək mümkündür. Macarıstan diplomları dünyada yüksək nüfuza sahibdir.

Nəyə görə məhz Macarıstan?

Avropa Birliyi və Şengen zonasında münasib təhsil və yaşayış xərcləri;

Daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri;

Macarıstanın səfirliyinin təhsil vizasını digər Avropa ölkələri ilə müqayisədə daha rahat alınması;

Macarıstanda xarici tələbələrə verilən oturum izni əsasında digər Şengen zonası ölkələrinə səyahət etmə imkanı;

Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən təhsil sistemi;

Budapeştdən bir çox Avropa şəhərlərinə ucuz birbaşa təyyarə reyslərinin mövcudluğu;

Təhsil aldığı zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması və s.

Viza Məlumatı

1.Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.

2.10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.

3.Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti.

2 (iki) biometrik şəkil 3.5x4.5. 5.Tibbi sığorta bütün şengen ölkələrini əhatə etməli və nəzərdə tutulan səfər dövründə təcili yardım, müalicə və ya ölüm zamanı yarana biləcək hər hansı xərcləri ödəməli və minimum 30.000 avro dəyərində olmalıdır.

6.Universitetdən tərəfindən verilən rəsmi qəbul məktubu.

7.Bank hesabından arayış.

8.Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd.

9.Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.



Rsz img 0263

Günel Məmmədova

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994505122828

gunel@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın