Rings

İtaliya



Təcrübə və araşdırmalar göstərir ki, cəmiyyətin siyasi-iqtisadi və mədəni inkişafında təhsilin böyük rolu vardır. Məhz təhsil vasitəsilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır və mövcud insan kapitalı inkişafın sürətlənməsinə, davamlı olmasına şərait yaradır. 

İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır.İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən, məktəblər, incəsənət akademiyaları, konservatoriyalar və institutlardan ibatərdir. Bu ali təhsil müəssisələrində xüsusi diqqət elmi-tədqiqat işlərinin aparılmasına yetirilir. İtaliyada universitetlər iki təbəqəyə ayrılır: dövlət və özəl universitetlər. Bunlardan 70% dövlət universitetidir. İtaliya universitetlərində 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox yüksək ixtisaslaşmış müəllim və professor dərs deyir.

İtaliya xüsusi ilə moda və dizayn sahəsi üzrə məşhurdur. Bu ixtisaslar üzrə müxtəlif proqramlar təklif edən dünyanın ən yaxşı  və nüfuzlu təhsil müəssisələri məhz burada yerləşir. Bununla yanaşı kənd təsərrüfatı, memarlıq, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənnlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır.

İtaliya hər zaman Avropa təhsil sistemində böyük yer tutmuşdur. “ Avropa Ali Təhsil Mərkəzləri“ adını qazanan 4 böyük ölkədən biridir. Bügun İtaliya dünyanın sənaye cəhətdən inkişaf etmiş 8 ölkəsindən biridir. İtaliyada təhsil almaq- bu sadəcə nağıl kimi sehirli 1 ölkədə yaşamaq üçün şansdır. Hal-hazırda İtaliyada təhsil almaq o qədər də dəbdə olmasa da Petrarch, Leonarda do Vinci, Michelango, Galileo Galilei kimi tarixi şəxsiyyətlər burada yaşayıb yaratmışlar. İtaliyada 58 dövlət, 17 özəl, 2 ədəd xüsusi olaraq beynəlxalq tələbələr üçün universitet və 6 kollec fəaliyyət göstərməkdədir. Avropanın ən qədim universitetlərindən biri olan University of Bolonga məhz burada yerləşir. Paytaxt Roma şəhərində 5 universitet var. Bakalavr təhsili 4 il davam edir və tələbələrə həftə ərzində 20 saatdan çox olmamaq şərti ilə işləmək icazəsi verilir. Roma və Milan şəhərlərində yaşayış xərcləri nisbətən yüksək aylıq 600- 700 EUR, kənar şəhərlərdə isə daha aşağıdır. Daha çox moda, dizayn bir sözlə incəsənət sahəsi inkişaf etmişdir. Dünyada Top reytinqli İstituto Marangoni kimi universitetin bir kampusu İtaliyadadır. Təhsil müddəti zamanı İtalyan dilini də öyrənmək şansınız olur ki, bir neçə yüz il əvvəl hər ali- savadlı insan italiyan dilini bilirdi. Bu dil çox qədim və zəngin tarixə malikdir.

Təlim metodu nəzəriyyə və təcrübəni birləşdirərək, sizin planlaşdırma qabiliyyətini inkişaf etdirəcək, problemləri həll etmək və qərar qəbul etmək bacarıqlarınızı təkmilləşdirərək həm strateji, həm də metodoloji yanaşmalarınızı gücləndirəcək. Dərslərə müxtəlif sahələr üzrə çalışmış mütəxəssislərin seminarları da daxildir. Bu seminarların məqsədi  tələbələrin biznes praktika və strategiyası üzrə biliklərini artırmaqdır.

Viza Məlumatı

Şəxsiyyət vəsiqəsindən başqa Azərbaycan dilində olan bütün digər sənədlər italiyan və ya ingilis dilinə tərcümə olunmalıdır.

  1. Viza müraciəti formu.

  2. Kurslara qeydiyyat sənədi, tədris saatının sayı və müddəti qeyd olunmalıdır.

  3. Yaşadığı ölkədə təhsil aldığı yerdən arayış.

  4. İtaliyada yaşayış yerini təsdiqləyən sənəd.

  5. İtaliyada bütün qalma müddətini əhatə edəcək yetərli bank arayışı.

  6. Beynəlxalq tibbi siğorta.

  7. Gediş-dönüş biletlərin rezervasiyası.

  8. Pasport

  9. Şəxsiyyət vəsiqəsi və surəti.

  10. Şəkil 3.5x4.5 (2 ədəd)



11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın