Rings

Latviya



Latviya Respublikasi 1918 -ci il 18 noyabrda qurulmuşdur. Latviya Avropa Birliyi ölkəsidir və Avropanın ən köklü universitetlərindən bir neçəsini burada yerləşir. Bunların yanında, Latviyada Riga Texniki Universiteti, Baltik Bölgəsinin ən qədim universiteti olma ünvanına malikdir. Bütün universitetlərin xarici əlaqələri var və mövcud olan razılaşmalarla qanuni olaraq tanınmaqdadır. Buna görə tələbə dəyişmə proqramlarında da Latviya universitetləri böyük üstünlüklərə malikdir. Latviyada təhsil beynəlxalq standardlara və Amerikan kredit sisteminə uyğun qurulmuşdur. Digər Baltik ətrafı ölkələrdə olduğu kimi burada da tələblərə işləmək icazəsi verilir. Təhsil haqqı digər Qərb ölkələrinə nisbətən aşağıdır.

Latviyanın paytaxtı olan Riga müasir, qabaqcıl və təhlükəsiz bir şəhərdir.Rigada 12 universitet fəaliyyət göstərməkdədir. Daha çox texnologiya, kompyüter, mühəndislik sahəsi ixtisaslaşmışdır. Hər il 50-dən çox ölkədən gələn beynəlxalq tələbələr burada təhsil alır. Latviya kiçik ölkə olmasına baxmayaraq tələbələr üçün böyük imkanlar təklif edir.

Viza Məlumatı

1.Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.

2.10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.

3.Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti.

4.2 (iki) biometrik şəkil 3.5x4.5.

5.Tibbi sığorta bütün şengen ölkələrini əhatə etməli və nəzərdə tutulan səfər dövründə təcili yardım, müalicə və ya ölüm zamanı yarana biləcək hər hansı xərcləri ödəməli və minimum 30.000 avro dəyərində olmalıdır.

6.Universitetdən tərəfindən verilən rəsmi qəbul məktubu.

7.Bank hesabından arayış.

8.Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd.

9.Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.



Rsz img 0263

Günel Məmmədova

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994505122828

gunel@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın