Loader

Litva



Litva- Qərbi və Şərqi Avropanın kəsişməsində, Baltik dənizi sahillərində yerləşir. Litvada təhsil tarixi qədim keçmişə dayanır. Burada təsis olunmuş ilk universitet- Vilnius University şimali və cənubi Avropada qurulan ən qədim universitetlərdən biri sayılır. Məhz bu unversitet dünyanın ən yaxşı universitetləri sırasına daxildir.

Ölkə əhalisinin çox hissəsi ali təhsilli mədəni insanların çoxluq təşkil etdiyi 4- cü Avropa ölkəsi hesab edilir. Hal- hazırda burada 14 dövlət, 8 özəl universitet fəaliyyət göstərir. İnkişaf etmiş ixtisaslar isə biznes və texniki sahələrdir Litvada təhsil alarkən siz Böyük Britaniya və ABŞ universitetlərindən dəfə az təhsil haqqı ödəyirsiniz.

Üstəlik bu diplom bütün Avropada tanınır. Tələbələrə işləmək üçün icazə verilir və universitet bitdikdən sonra 6 ay müddətində iş axtarmaq üçün möhlət verilir. Litvada yaşayış xərcləri aşağı olsa da həyat səviyyəsi yetərincə yüksəkdir. Litvalılar çox təvəzökar və sadə insanlardır. Onlar burada təhsil alan beynəlxalq tələbələrə çox səmimi və doğma münasibət göstərirlər.


Viza Məlumatı

1.Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.

2.10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.

3.Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti.

4.İki (2) biometrik şəkil 3.5x4.5.

5.Tibbi sığorta bütün şengen ölkələrini əhatə etməli və nəzərdə tutulan səfər dövründə təcili yardım, müalicə və ya ölüm zamanı yarana biləcək hər hansı xərcləri ödəməli və minimum 30.000 avro dəyərində olmalıdır.

6.Universitetdən tərəfindən verilən rəsmi qəbul məktubu.

7.Bank hesabından arayış.

8.Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd.

9.Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.

11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın