Rings

İspaniya



İspaniya avropanın ən rəngarəng və maraqlı ölkələrindən biridir.Zəngin tarixi mədəniyyətə malik olan İspaniya hər il yüzlərlə tələbənin marağına səbəb olur. Ölkənin rəsmi adı- İspaniya Krallığıdır. Avropa birliyinin üzvüdür və böyüklüyünə görə Avropada 4-cü yerdədir. Paytaxt Madrid şəhəridir. Günəşli günlərin sayı il ərzində 280 gündür. Ən böyük şəhərləri Madrid, Valensiya, Barcelona və Malagadır. İspaniyada 74 universitet fəaliyyət göstərir. Tələbələr burada ingilis dilində də təhsil ala bilərlər. Burada təhsil almağın ən böyük üstünlüklərindən biri də ingilis dilində təhsil alarkən, ispan dilini də öyrənmək şansı qazanırsınız. Təsadüfi deyil ki, hal- hazırda ingilis dilindən sonra ikinci ən çox istifadə edilən dil ispan dilidir. Burada təhsil almağın başqa üstünlüyü də yaşayış xərclərinin digər Avropa ölkələrinə nisbəttən aşağı olmasıdır. Belə ki, bu məsələ ölkə seçimi zamanı tələbələrin ən çox diqqətini çəkən mövzulardan biridir.

İspaniyanın paytaxtı olan Madrid ölkənin tam mərkəzində yerləşir.Bütün dünya ölkələrindən qonaq qəbul edən, gözəl dəniz kurortları ölkəsidir. İspaniya kurortları yalnız dəniz istirahəti yox, eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri ibarətdir.

Universitet diplomu demək demək olar ki, bütün ölkələrdə tanınır. Bunun üçün sadə nostrifikasiya prosedurunu keçmək lazımdır.

İspaniyada təhsil almaq tək ispan dilinin öyrənilməsi deyil, həm də, avropa təhsilinin prestijini əldə etmək deməkdir.

Əhalisinin sayı 46 mln. nəfər olan İspaniyanın sahəsi 50800 km-dir.İspaniya sözünün mənası “İ-Spanim” tərcümədə, “Dovşanar sahili” mənasını verir. İspaniya – İsveçrədən sonra avropada ən böyük dağlıq sahəsi olan şəhərdir. İspan dilinin üzərində ərəb dilinin böyük təsiri olmuşdur. Ərəb dilinin 4000-dən çox söz və ifadəsi ispan dili tərəfindən absorsiya olunmuşdur.İspaniyanın 2000-dən çox çimərlikləri vardır.

Viza Məlumatı
  1. 2 ədəd lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış tələbə viza müraciəti blankı

  2. Ağ fonda 3.5x4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır)

  3. Son 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun ƏSLİ + SURƏTİ +son 3 ildə alınmış vizaların surəti.

  4. Şəxsiyyət vəsiqəsinin (Azərbaycan) ƏSLİ və hər iki üzünün SURƏTİ (notarial qaydada tərcüməsinin təsdiqi)

  5. Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, tələbə üçün 180 gündən az olmamaqla repatriasiyanı nəzərdə tutan tibbi sığorta, ƏSLİ + SURƏTİ (qrup şəklində səfər üçün iştirak edənlərin siyahısı). Tibbi sığorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır.

  6. Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin ƏSLİ + SURƏTİ

  7. Viza müraciəti edənin sosial vəziyyətini əks etdirən sənədlərin ƏSLİ + SURƏTİ

  8. Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən aşağıdakı sənədlərdən birinin ƏSLİ + SURƏTİ

  9. Azyaşlılar üçün aşağıdakı sənədlərin ƏSLİ + SURƏTİ. Doğum şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş, tarixi qoyulmuş sənədin surəti və tərcüməsi)

  10. Viza müraciəti edənin İspaniyada yaşayış yeri təsdiqləyən rəsmi sənəd.

  11. Viza müraciəti edənin sağlamlıq haqqında ayarışı



11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın