Rings

İsveçrə



İsveçrə yüksək keyfiyyətli təhsil proqramları ilə bütün dünyada tanınır. İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Çox az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq, zəngin intellektual potensiala sahibdir. 

İsveçrədə təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Hər kəsə peşə bacarıqlarını inkişaf etdirmək, müvafiq biliklərini daha da dərinləşdirmək üçün şərait yaradılır. İsveçrədə təhsil almagın üstünlükləri çoxdur.

İsveçrədə təhsil almış gənclər, mütəxəssislər dünyanın hər bir yerində işləmək imkanı qazanırlar. İsveçrə ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır.Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir.İsveçrə universitetlərin ən gözəl xüsusiyyətlərindən biri, təhsil sistemində təcrübələrə çox önəm verməsidir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.

Viza Məlumatı
  1. Tam şəkildə doldurulmuş 3 ədəd ərizə forması
  2. Etibarlı pasportun orijinalı və surəti (1ci, 2ci və viza və ya möhür olan bütün səhifələrin surəti). Pasport planlaşdırılmış qalma müddətində etibarlı və son 10 ildə çap olunmalıdır.
  3. Yaxın vaxtlarda çəkilmiş 3 ədəd ağ fonda fotoşəkil
  4. Viza xidmətləri ödənişi: viza şöbəsində nağd şəkildə və ancaq Azərbaycan manatı ilə 60 Avronun müvafiq məzənnəsinə uyğun ödənilir. Bundan əlavə poçt xidmətinə görə əlavə 6 manat tələb olunur. 5 .Ərizəçinin yaşı 18-dən aşağıdırsa, hər iki valideynin onun İsveçrəyə səyahətinə və oxumasına razılıq haqda notarial qaydada təsdiqlənmiş və İngilis dilinə tərcümə olunmuş icazə(əsli + 2 surəti)
  5. İsveçrədə məktəb, universitet, institute və s təhsil müəssisəsindən qəbul haqda məktub(əsli + 2 surəti)
  6. Ərizəçinin əvvəl aldığı diplom və akademik nailiyyətləri (əsli + İngilis və ya İsveçrə dilindən birinə tərcümə olunmuş 3 surəti, orijinal qaytarılacaq)
  7. Ərizəçinin sponsorunun maliyyə durumunu təsdiq edən sənədlır: bank arayışları, mülkiyyət sənədləri, ərizəçinin İsveçrədə yaşayış və Təhsil ödənişlərini təmin edə biləcək digər sənədlər(əsli + 2 surəti)
  8. İngilis və ya İsveçrənin rəsmi dillərindən birində tərtib edilmiş, ərizəşi tərəfindən imzalanmış və tarixi göstərilmiş motivasiya məktubu(əsli + 2 surəti)
  9. İsveçrənin rəsmi dillərindən birində və ya İngilis dilində tərtib edilmiş, imzalanmış və tarix göstərilmiş CV (əsli + 2 surəti)
  10. Təhsili bitirdikdən sonra İsveçrəni tərk etmək barədə İsveçrənin rəsmi dillərindən birində və ya İngilis dilində imzalanmış və tarixi göstərilmiş bəyannamə (əsli+ 2 surəti)
  11. Ailəli şəxslər üçün nigah haqqında şəhadətnamənin, uşaqlar üçün doğum haqqında şəhadətnamənin 3 surəti.
  12. Qalacağınız Kantonun Miqrasiya Ofisi əlavə sənədlər tələb edə bilər. Səfirliyə viza üçün müraciət etməzdən əvvəl mümkün olan əlavə sənədlərin siyahısını öyrənmək üçün İsveçrədəki müvafiq Kantonal Miqrasiya Ofisi ilə əlaqə saxlayın. İsveçrədə yaşayacağınız Kantonun Miqrasiya Ofisi tərəfindən əlavə sənədlər tələb edilə bilər.


Screen shot 2016 11 23 at 1.29.31 pm

Xanım Ələkbərzadə

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502917972

khanim@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın