Rings

Amerika Birləşmiş Ştatları



Amerika Birləşmiş ştatları beynəlxalq tələbə axınları üzrə dünyada birinci yer tutur.Təhsil və həyat təcrübələrini genişləndirmək üçün Amerikanı seçən tələbələrin sayı 800000-dən çoxdur.

Dünyanın ən reytinqli universitetlərinin burada yerləşməsi beynəlxalq tələbələrin bu ölkəyə gəlmələrinin əsas səbəbidir. ABŞ həmçinin texnoloji,tədqiqat üsulları,ən müasir avadanlıqlarla təchiz olunmuş universitetləri ilə tanınır.Burada təhsil alan tələbələr dünyaca məhşur tədqiqatçılar , professorlarla birbaşa əlaqədədirlər.Tələbələrin oxuyarkən işləmək şansı da var.Amerika şirkətləri müxtəlif mədəniyyətlərlə körpü yaratmaq üçün layiqli beynəlxalq tələbələri işlə təmin edirlər.

9.5 mln. km2 sahəsi olan Amerika Birləşmiş Ştatları sahəsinə görə, dünyada 4-cü yerdədir. Əhalisinin sayına görə isə, 3-cü yeri paylaşan inkişaf etmiş ölkənin əhalisi 325 mln. nəfərdən ibarətdir. 3 okeanla əhatə olunmuş Amerika bir çox ölkənin “İlk”-lərinin banisidir. Amerikaya təhsil almağa gələn hər bir tələbə, ilk növbədə, beynəlxalq səviyyəli diplom əldə etmək istəyir.Amerikada təhsil tək diplom deyil, həm də, cəzbedici karyera perspektivləri imkanları, o, cümlədən qiymətsiz həyat təcrübəsi qarşınızda açır.

Qlobalizasiya:Amerika təhsil sistemi universaldır. O, qlobal proseslərə və dünyəvi dəyərlərə əsaslanmışdır. Bu qloballıq Amerika universitetlərinə populyarlıq və prestij gətirir. Təəccüblü deyil ki, dünyanın iqtisadi, elmi, siyasi liderləri məhz Amerikada təhsil alırlar. ABŞ alimləri bütün əsas reytinqlərdə liderlilik edirlər.

Tələbələrin ən çox seçdikləri Massachusetts ştatı tələbə ştatı adını qazanıb.

Viza Məlumatı
  1. Pasport
  2. Universitetin qəbul məktubu
  3. I-20
  4. Doğum haqqında şəhadətnamə (Tərcümə və Notarial Təsdiq).
  5. Attestat və ya Diplom (Tərcümə və Notarial Təsdiq)
  6. Sponsor Məktubu və ya Bankdan arayış
  7. Şəkil 5x5 (2)
  8. IELTS və ya TOEFL


Screen shot 2016 11 23 at 1.29.31 pm

Xanım Ələkbərzadə

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502917972

khanim@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın