Loader

Almaniyanın özəl universitetlərində bakalavr təhsili!

21 Yanvar 2018, 12:00


21 yanvar saat 12:00-dan 17:00-dək sizləri Almaniyanın özəl universitetləri olan Jacobs University, İUBH School of Management və EU Business School-da bakalavr təhsili ilə bağlı tədbirimizə dəvət edirik.

Siz tədbirdə iştirak etməklə bütün suallarınıza cavab tapacaqsınız:

1)Bakalavr təhsili haqqında geniş məlumat

2)Hansı ixtisas sizə daha uyğundur?

3)Universitetlərə qəbul üçün lazım olan sənədlər, təhsil haqqı və endirimlər haqqında məlumat.

Niyə məhz Almaniyada təhsil?

Siz Avropa səviyyəsində nüfuzlu ali təhsil və beynəlxalq diplom alacaqsınız.

Dünyanın ən inkişaf etmiş ölkələrindən birində təhsil sizləri gözləyir.

Universitetdən məzun olduqdan sonra Almaniyada yaşamaq və işləmək üçün qalmaq mümkündür.

Burada dünyanın hər bir ölkəsində tələb olunan ixtisaslar təklif olunur.

Universitetlər haqqında qisa məlumat:

Jacobs University - 2001- ci ildə Bremen, Rice, Houston və Texas Universitetlərinin dəstəyi ilə yaradılmışdır. Jacobs Universiteti yüksək elmi-tədqiqat və tədris imkanları təklif edən özəl universitetlər sırasına daxildir.

Bu universitet 26 beynəlxalq universitet ilə əməkdaşlıq edir. Yəni, təhsil alarkən müxtəlif ölkə və şəhərlərdə təşkil olunan exchange programlara müraciət edə bilərsiniz. Bu universitet amerika və alman təhsil sistemlərinin aspektlərini özündə birləşdirir.

IUBH School of Management - universitetin 2 kampusu var: Berlin və Bad Honnef kampusu. Menecment və biznes məktəbi sizin professional karyeranız üçün ən yaxşı mühiti yaratmağa çalışır.

Universitet Almaniyanın konsulluğu Elmər və Humanitar elmləri tərəfindən akkreditə olunmuşdur. Tələbələrə təhsilin ilk ilindən etibarən universitet ərazisində, gözəl kampusda yaşamaq imkanı verilir.

EU Business School - 1973- cü ildə təsis olunmuş beynəlxalq biznes məktəbidir. EU Business School yenilikçi və klassik tədris metodlarının birləşməsinə əsaslanır. Almaniya, İsveçrə və İspaniya fəaliyyət göstərən 4 kampus dünya standardlarına uyğun qurulmuşdur.

Tələbələr kampuslar arasında keçid edə bilərlər. Beləliklə təhsil prosesini dayandırmadan 3 müxtəlif ölkənin zəngin mədəniyyəti ilə tanış ola biləcəklər.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

0502917991, 0502917972, 0505122828

info@azeristudent.az