Sizləri Florida ştatında təhsil haqqında 14 mart saat 13:00-dan 17:00-dək keçiriləcək konsultasiya gününə Azeri Student ofisinə dəvət edirik. Həmin gün Siz Florida İnternational University-nin nümayəndəsindən Florida ştatında təhsil, yaşayış, qəbul şərtləri və qiymətləri, endirimlər haqqında ətraflı məlumatlar əldə edə biləcəksiniz.

Qeyd edək ki, hal-hazırda 11-ci sinifdə təhsil alan şagirdlər həmin gün yaxınlaşıb nümayəndə ilə birbaşa intervyu-dan keçərək təhsil haqqından endirim qazana bilərlər. Konsultasiya günündə iştirak etmək üçün onlayn şəkildə qeydiyyatdan keçməyiniz yetərlidir.

ABŞ-ın isti, rahat və möhtəşəm ştatı olan Florida dünyanın hər yerindən insanları cəlb edir. Floridada təhsil – xaricdə təhsili ən məşhur istiqamətlərindən biridir. Florida universitetlərində 50000-dən çox staj proqramları təklif olunur.

Tələbələri staj proqramlarına qəbul edən şirkətlər – “Siemens Computers”, “Disney”, “Boeing Airplanes”, “Lockheed Martin”. Qeyd olunan şirkətlərdə həm mühəndislik şöbəsində, həm marketinq şöbəsində həm də satış şöbələrində işləmək mümkündür.

Florida İnternational University – Florida ştatının cənubunda Mayami şəhərində yerləşən dövlət universitetidir. 1972-ci ildə təsis edilmiş bu universitet Floridanın müxtəlif ixtisaslı universitetlərindən biridir. Burada 54,000 təhsil alır, onlardan 2,500-ü xarici tələbələrdir.

Universitet yüksək reytinqə malikdir və U.S. News reytinqinə əsasən marketing sahəsi üzrə 8-ci yerdədir, beynəlxalq biznes üzrə 7-ci yerə layiq görülmüşdür. Həmçinin, otel və qonaqpərvərlik üzrə də məşhur proqramları mövcuddur.

Universitetdə təhsil almağın əsas üstünlüklərindən biri Floridada yaşam keyfiyyəti hesab edilir. Floridada yaşam xərcləri ABŞ-ın digər aparıcı ştatları ilə müqayisədə yüksək deyil.

Universitetin kampusu tam şəkildə təhlükəsiz və rahatdır. Tələbələr kampusun mərkəzində yerləşən yataqxanalarda qalırlar. Florida İnternational University-in kampusunda 200-dən çox tələbə təşkilatları və idman komandaları mövcuddur. Universitetin volleybol, amerikan və Avropa futbolu üzrə komandaları – dünyada ən yaxşılardan hesab edilir.

Təhsil haqqı 16,000 dollardan başlayaraq

Qeydiyyatdan keç Əsas səhifə

Bizə qoşul

Sosial şəbəkələrə qoşul. Ən son yeniliklər birinci öyrən!

Əlaqə

Nobel prospekti 15, Azure Business Mərkəzi, 20-ci mərtəbə ofis 135
AZ1025 Bakı, Azərbaycan

(+994 50) 512 28 28
(+994 50) 291 79 91
(+994 12) 488 66 78