Rings

İtaliyada dizayn və memarlıq sahələrinin öyrədildiyi ən güclü 4 universitet! 21 yanvar tarixində Konsultasiya gününə dəvətlisiniz.


21 Yanvar 2017, 16:00

Dünyanın ən gözəl şəhərləri ancaq gəzib-görmən üçün deyil. Ən sevdiyin şəhər, həm də təhsil alacağın şəhər ola bilər. İtaliya xüsusi ilə moda və dizayn sahəsi üzrə çox məşhurdur. Bu ixtisaslar üzrə müxtəlif proqramlar təklif edən dünyanın ən yaxşı və nüfuzlu təhsil müəssisələri məhz burada yerləşir.

Sizləri 21 yanvar 2017 tarixində saat 16:00-dan 19:00-dek keçiriləcək Konsultasiya gününə dəvət edirik. Universitetlər haqqında ətraflı məlumatlar, qəbul prosesi, qiymətlər və sizi maraqlandıran hər hansı istənilən məqamlara cavab əldə edə biləcəksiniz.

1) İstituto Marangoni

Moda və dizayn üzrə Avropanın ən məşhur universitetlərindən biridir. Bu universitetdən Domeniko Dolce, Franco Moschino, Antonio Fontana (Prada), Alberto Kantu (Armani) kimi məşhur modelyer və dizaynerlər məzul olmuşlar.

İstituto Marangoni-nin bir neçə şəhərlərdə kampusları mövcuddur: Milan, London və Paris-də.

Burada 70-dən çox ölkələrdən tələbələr təhsil alır, bu da deməkdir ki, İstituto Marangoni beynəlxalq təhsil ocağıdır.

İnstitutun məzunları Prada, Hugo Boss, Armani, Yves Saint Laurent, Valentino, Gucci, Benetton, Calvin Klein, Versace, Trussardi kimi dünyaca tanınmış şirkətlərdə çalışırlar. İstituto Marangoni-nin bütün müəllimləri - öz sahələrində peşəkar olan insanlardır.

İstituto Marangoni moda, dizayn və memarlıq üzrə bir sıra bakalavr və magistr proqramları təklif edir.

Təhsil haqqı - 19,900 - 25,500 avro.

2) İstituto Europeo di Design

1966-cı ildə yaradılmışdır və moda, dizayn və memarlıq üzrə İtaliyanın və Avropanın ən aparıcı universitetlərindən biri sayılır. Özəl universitetdir. Burada dünyanın 80 ölkələrindən 9000 tələbə təhsil alır. Kampusları İtaliyada, İspaniyada və Braziliyada mövcuddur.

İED universitetinin reytinqi həm ölkədə həm də bütün dünyada yüksəkdir. Universitetdən məzun olan tələbələrin 90%-i bir neçə həftə sonra işlə təmin olunurlar.

Universitetin moda şöbəsi Fendi, Louis Vuitton, Max MAra, Armani, Pupa, Ralph Lauren və Valentino kimi, Kommunikasiya şöbəsi İBM, BMW, Philips və Erickson kimi, İncəsənət və Dizayn şöbəsi Canon, Swatch, HP, Lego, Whirpool, Alitalia, Hitachi kimi böyük şirkətlər ilə əməkdaşlıq edir.

Təhsil haqqı - 18,900 avro

3) Domus Academy

1892-ci ildə Milanda təsis edilmiş Dizayn üzrə aparıcə özəl akademiyadır.

Universitetin tələbələri bir çox beynəlxalq müsabiqələrdə iştiral edirlər (ITS, Next Generation / Milan Fashion Week, Voque Talents, Who's on Next ve Red Dot Award).

Tələbələr artıq təhsil aldıqları müddət ərzində staj proqramlarından yararlana bilərlər. Son illərdir Domus Academy Artemide, Cappelini, Deborah Group, Ermenegildo Zegna, Flat, Fujitsu, Gas, Honda, İdeal Standard, İkea, Mitsubishi, Nokia, Oregon Scientific, Pioneer, Samsung kimi böyük şirkətlər ilə əməkdaşlıq edir.

Məzunların 70% məzun olduqdan sonra 3 ay ərzində işlə təmin olunurlar.

Təhsil haqqı - 28,600 avro

4) Nuova Academia Di Belle Arti (NABA)

1980-cı ildə Milanda yaradılmış böyük özəl akademiyadır.

Akademiyanın professorları - İtaliyada həm ölkədə, həm də bütün dünyada təcrübəli dizaynerlərdi.

NABA Akademiyası Erasmus proqramı vasitəsilə Avropanın bir çox aparıcı universitetləri və akademiyaları ilə əməkdaşlıq edir.

Akademiya McCann Erickson, Valentino Fashion Group, Giorgio Armani, Leo Burnett, Trussardi və digər böyük və aparıcı şirkətlər ilə əməkdaşlıq edir.

Təhsil haqqı - 15,695 avro

Tələbələrin nəzərinə çatdırmaq istərdik ki, bu universitetlərdən hər biri təhsil haqqından 30%, 50% və hətta 100% endirimlər təklif edir. Bu təkliflərdən yararlanmaq üçün Azeri Student şirkətinə müraciət edə bilərsiniz. Eləcə də, yay aylarında moda və dizayn üzrə yay kursları təklif olunur.

Ünvan: Azeri Student Center - Nobel prospekti 15, Azure Biznes Mərkəzi 20ci mərtəbə ofis no 135

info@azeristudent.az

0505122828, 0124886678