Loader

Kanadada Təhsilin Üstünlükləri

17 Fevral 2018, 14:00


Kanada universitetlərində təhsil almanın ən əhəmiyyətli səbəblərindən biri təhsil sistemi və keyfiyyətidir. Bu səbəblə dünyanın hər yerindən on minlərlə tələbə hər il Kanada universitetlərinə müraciət edir. Kanadada təhsil alan tələbələrin sayı hər il təxminən% 20 nisbətində artım göstərməsi, bu keyfiyyətin əhəmiyyətli bir isbatıdır. Kanada universitetlərindən alınan diplom sizə dünyanın hər yerində möhtərəmlik, prestij və status qazandıracaq. Bu göstəricini nəzərə alaraq sizi Kanadanın güclü universitetlərindən biri olan Simon Fraser University nümayəndəsi ilə konsultasiya gününə dəvət edirik. Universitet haqda qısa məlumat

Simon Fraser University - 1965-ci ildə Vankuverdə təsis edilmişdir və bugünki gündə Kanadanın aparıcı universitetlərindən biridir. Burada dünyanın müxtəlif ölkələrindən 35000-dən çox tələbə təhsil alır. Kanadanın ən reytinqli universitetlərindən biridir. Universitetin 3 kampusu var. Əsas kampusu Barnabi şəhərində yerləşir. Vankuverdən cəmi 20 dəqiqəlik aralıqda yerləşir.

Universitetin rəsmi nümayəndəsi ilə görüşüb suallarınızı yönləndirmək üçün qeydiyyatdan keçməyiniz yetərlidir. Qeyd edək ki, universitetdə təhsil haqqı 19600 Canada Dollarından başlayır. Görüş günü 17 Fevral 14:00-17:00 arası davam edəcək.

Kanadada təhsil ilə maraqlanan hərkəs dəvətlidir. Suallar və əlavə məlumat üçün 0502917972 (WhatsApp), 0502917900, 0502917991, 0502959775