Loader

Koç Universitetinin rəsmi nümayəndəsi Bakıda!

23 Oktyabr 2017, 10:30

Qeydiyyatdan Keç

Yalnız bir gün Oktyabr ayının 23 Türkiyənin TOP universitetlərindən biri – Koç University-nin nümayəndəsi Melissa Abache sizinlə Koç universitetindəki təhsil imkanları barədə söhbətlər aparacaqdır.

Tədbir kimin üçün təşkil olunur?

Tədbirdə Türkiyədə təhsili ilə maraqlanan tələbələr və onların valideynləri iştirak edə bilərlər. Əgər siz əsrarəngiz İstanbulda, tam Amerika formatında təhsilə köklənmisinizsə, Koç universiteti sizin seçiminiz ola bilər. Sizi maraqlandıran bütün sualları universitetin təmsilçisinə verə bilərsiniz.

Nəyə görə Koç University?

  • Türkiyənin ən innovativ və təşəbbüskar universitetlər siyahısında ən yüksək yerlərdən birini tutur.

  • 20 il ərzində “Koç University” – türkiyənin ən aparıcı universitetlərindən birinə çevrilmişdir.

  • “Koç University” - əsas missiyası beynəlxalq səviyyəli hərtərəfli, yüksək ixtisaslı məzunlar yetişdirməkdir.

  • “Koç University” –nin müəllim heyəti dünyanın elit elmi-tədqiqat insititutlarından olan alimlər və fəlsəfə doktorlarıdır. 95 % müəllimlər ABŞ, Avropa universitetlərində təhsil almış doktorlardır.

  • “Koç University” –nin 4 kampusu var. West Campus, Nişantaşı Campus, RCAC Beyoğlu and Istinye Campus.

Proqramlar: * İnzibati Elmlər və İqtisadiyat Elmləri

  • Elmlər kolleci

  • Sosial Elmlər və İqtisadiyyat kolleci

  • Mühəndislik kolleci

  • Hüquq kolleci

  • Tibb Məktəbi

  • Mühəndislik və Elmlər

  • Sosail Elm və Humanitar Elmlər

  • Sağlamlıq Elmləri institutu

Tədbirdə iştirak etmək ilə siz:

-təhsil proqramları haqda tam məlumat

-sizə daha uyğun olan ixtisas

-təhsil üçün lazımı sənədlərin hazırlanması

-niyə məhz Koç universitetini seçməlisiniz? və s. informasiyanı əldə edəcəksiniz

İştirak etmək üçün qeydiyyatdan keçməyiniz zəruridir.

Ünvan: Rəsmi nümayəndə ilə görüş saat 10:30- 12:30 arası Azure Biznes mərkəzi 20-ci mərtəbə ofis 135 keçiriləcək.

☎ Ətraflı məlumat üçün bizimlə əlaqə:

nigar@azeristudent.az

(+994 12) 488 66 78, (+994 50) 291 79 00