Loader

Louisiana State University Nümayəndəsi ilə görüş günü

12 Oktyabr 2017, 16:00


Louisiana State Universitetinin nümayənəsi yalnız bir gün sizinlə, yəni, Amerikada təhsil haqda düşünən tələbələr ilə görüşmək üçün ofisimizdə olacaq.

İlk öncə universitet haqda qısa məlumatları nəzərinizə çatdırırıq.

LSU - Amerikanın top 100 universitetlərindən biridir, eyni zamanda Louisiana ştatının ən böyük və ən yaxşı universitetidir.

LSU bir çox amerikan və dünya reytinqlərinə daxildir.

Amerikanın dövlət universitetləri sırasında 63-cü, milli universitetləri sırasında isə 129-cu yeri tutur ( U.S News and World Report )

Biznes proqramı üzrə 79-cu (MBA üzrə 7-ci yerdədir), kimya üzrə 76-cı, hüquq qzrə 72-ci, mühəndislik üzrə 91-ci, baytarlıq üzrə 22-ci, kompyuter elmləri sahəsi üzrə isə 101-ci yeri tutur ( U.S News and World Report ).

Burada 29.000-dən çox tələbə təhsil alır. Beynəlxalq tələbələrin sayı 6% təşkil edir.

Təhsil zamanı tələbələr bir çox məşhur korporasiyalarda staj keçə bilərlər: İBM, Kraft, Ralph Lauren, Nestle, Dream Works Animation, CNN, Nike və s.

Yerləşməsi

LSU Louisiana ştatının Baton - Ruj şəhərində yerləşir.

New Orlean-dan cəmi bir saatlıq aralıqda yerləşir. Bu ştat öz mədəniyyəti və milli adətləri ilə seşilir.

Burada bir çox incəsənət, elm, mədəniyyət və əyləncə mərkəzləri var.

Konsultasiya günündə iştirak sizə nə qazandıracaq?

  • Universitet haqda bütün məlumatlar

  • Amerikada təhsilin üstünlükləri və sizə qazandırdığı üstünlüklər

  • LSU təklif etdiyi proqramlar hansılardır və universitetə daxil olmaq üçün hansı göstəriciləriniz olmalıdır

Əgər Amerikada təhsil sizə maraqlıdırsa o zaman qeydiyyatdan keçib tədbirdə iştirak edin və bütün suallarınıza cavab tapın.

Tədbir 12 Oktyabr 16:00-18:00 arası ofisimizdə keçiriləcək.

Ünvan: Azure Biznes mərkəzi 20-ci mərtəbə ofis 135 (Nobel prospekti 15, AZ1025, Bakı, Azerbaycan)

Əlaqə və əlavə suallarınız üçün: 0502917972 khanim@azeristudent.az