21 Oktyabr

Xaricdə Təhsil sərgisi

Xaricdə Təhsil sərgisi


Məkan:

JW Marriott Absheron Baku

Nə vaxt:

21 Oktyabr 2017

12:00 - 18:00


Sərgidə iştirak ödənişsizdir və qeydiyyat zəruridir.

Yalnız bir gün Oktyabr ayının 21-də saat 12:00-dan -18:00-dək davam edəcək sərgidə Amerikanın, Böyük Britaniyanın, İsveçrənin, Avstraliyanın, Yeni Zelandiyanın, Çinin, Almaniyanın, İspaniyanın, Kanadanın və s. kimi ölkələrin qabaqcıl universitetləri iştirak edəcək.

Sərgidə təqdim olunan təhsil müəssisələri The Times və The Guardian dünya reytinqlərinin liderləri, Russell Group və Amerika Universitetlərinin Assosiasiyasının üzvləridir.

Sərgidə qrant və təqaüd proqramlarının təqdim olunmayacağına diqqət edin! Akademik olaraq güclü şagirdlərə təhsil üçün endirimlər təqdim ediləcəkdir.

"Xaricdə Təhsil" sərgisini niyə ziyarət etməli?

  • Röyalarınızın universitetini seçmək bacarığı
  • 7 ölkənin 50-dən çox universiteti haqqında məlumat əldə edin
  • Universitet nümayəndələri ilə ünsiyyətdə unudulmaz bir təcrübə
  • Fərdi olaraq xarici universitetlərin nümayəndələri ilə məsləhətləşin

Sərgi çərçivəsində qonaqları bütün proqram və təkliflərlə ətraflı tanış etmək məqsədilə xarici mutəxəssislərin iştirak edəcəyi məsləhət mərkəzi təşkil olunacaqdır.

Sərgi iştirakçıları

Almaniya

Amerika

Avstriya

Britaniya

Fransa

Hollandiya

Kanada

İrlandiya

İspaniya

İsveç

İsveçrə

İtaliya


Almaniya

Amerika

Avstriya

Britaniya

Fransa

Hollandiya

Kanada

İrlandiya

İspaniya

İsveç

İsveçrə

İtaliya

Sərginin təşkilatçısı

Azeri Student şirkəti – dünyanın müxtəlif ölkələrində müştərilərinə yüzlərlə təhsil proqramı təklif edən Azərbaycanın qabaqcıl agentliyidir.

Azeri Student şirkəti təhsil müəssisələri ilə müqavilə çərçivəsində işləyir və buna görə bütün tələbələr və məktəblilər üçün bütün xidmətlər pulsuzdur!

Azeri Student dünyanın müxtəlif ölkələrində yüzlərlə təhsil proqramı təklif edir:

  • Dil kursları
  • Qrup və individual şəkildə məktəblilər üçün yay məktəbləri
  • Orta məktəb təhsili
  • Universitetə hazırlıq proqramları
  • Ali təhsil
  • IELTS / TOEFL / GMAT / GRE / SAT imtahanları üçün hazırlıq kursları

Bizim xidmətlərimizə daxildir: məktəblərin və universitetlərin seçilməsi, fərdi konsultasiya, qəbul üçün sənədlərin toplanması, məktəblərə və universitetlərə qəbul, məktəblərə/universitetlərə fərdi səfərlərin təşkili, viza dəstəyi.

Azeri Student Təhsil şirkəti xaricdə təhsil almaq istəyənlər üçün Amerika, Kanada, İrlandiya, Hollandiya, İspaniya, İtaliya, İngiltərə, İsveçrə kimi ölkələrin təhsil sisteminin üstünlüyü ilə tanış etmək üçün daima nümayəndələri Azərbaycana dəvət edir.