2018-ci il üçün Amerikada Yay Programı təkliflərimiz!


2018-ci ilin yay ayları üçün Amerika universitetlərinin nəznində Yay məktəbləri üçün qeydiyyat artıq başlayıb.

Drew University - Amerikanın aparıcı və prestijli universitetlərindən biridir. 1867-ci ildə təsis edilmişdir, özəl universitetdir. Universitet bakalavr və maqistratura üzrə müxtəlif proqramlar təklif edir. Buranın müəllimləri Harvard, Columbia, MİT, Oxford, Cambridge kimi reytinqli universitetlərin məzunu olublar. Burada 2000-dən çox tələbə təhsil alır. Təhsil zamanı tələbələr müxtəlif kompaniyalarda, laboratoriyalarda və Goldman Sacks, MTV, Pfizer, Ralph Lauren kimi böyük şirkətlərdə staj keçə bilərlər.

Yerləşməsi Universitet New-York-da, Madison şəhərciyində yerləşir. Manhatton-dan cəmi 45 dəqiqəlik aralıqdadır. Universitet bir çox tədqiqat və bizness mərkəzlərinin yaxınlığında yerləşir. Burada həmçinin əylıncə üçün bir çox muzeylər, teatrlar, restoranlar və alış - veriş mərkəzləri var. Nəzərinizə çatdırmaq istərdim ki, bu universitetdən bir çox Nobel mükafatı laureatları məzun olmuşdur.

Yay proqramının müddəti - 2 həftə,

Tarix- 15-28 iyul 2018

Yaş - 15-18 yaş

Son müraciət tarixi - 15 aprel

Qiymət - 3,200 ABŞ dolları (2 həftəlik) Qiymətə daxildir - təhsil haqqı, yaşayış, gündə 3 dəfə yemək, əyləncə proqramları, havama limanından qarşılama.

Əgər yay proqramını bitirdikdən sonra həmin universitetdə bakalavr təhsilini davam etdirmək istəsəniz, təhsil haqqından hər 4 il üçün 9,000 dollar endirim təklif olunacaq.

University of South Florida - müxtəlif sahələr üzrə bakalavr və magistr proqramlarını təklif edən ABŞ-ın aparıcı universitetidir.

Universitet Florida ştatının Tampa şəhərində yerləşir. Tampa şəhəri Floridanın ən çox inkişaf edən şəhərlərindən biridir. Burada 48,370 tələbə təhsil alır və onlardan 3,250-i xarici tələbələrdir. Yeganə universitetdir ki, Carnegie Foundation tərəfindən aparılan tədqiqatlara görə təsdiq edilmişdir. Burada dünyanın aparıcı universitetlər və tədqiqat mərkəzlərindən gələn 1800-dən çox müəllim və professorlar tədris aparır.

Yay proqramının müddəti - 2 - 4 həftə

Tarix- 1-14 iyul 2018, 15-28 iyul 2018

Yaş - 14-18 yaş

Qiymət - 2,750 ABŞ dolları (2 həftəlik)

Qiymətə daxildir - təhsil haqqı, yaşayış, gündə 3 dəfə yemək, əyləncə proqramları, havama limanından qarşılama, sığorta

Əgər yay proqramını bitirdikdən sonra həmin universitetdə bakalavr təhsilini davam etdirmək istəsəniz, təhsil haqqından 10,000 dollar endirim təklif olunacaq.

Oregon State University - Amerikanın aparıcı dövlət universitetidir. 1868-ci ildə yaradılmışdır. Oregon ştatının Corvallis şəhərində yerləşir. Corvallis şəhəri ölkənin ən təhlükəsiz və yaşıl şəhərlərindən biri hesab edilir. Universitetdə həm Amerikadan həm də dünyanın 100-dən çox ölkələrindən 26,000-ə yaxın tələbələr təhsil alır.

Amerikanın dövlət universitetləri arasında TOP 70-yə daxildir.

Yay proqramının müddəti - 18 gün

Tarix- 12 - 30 iyul 2018, 9 - 27 avqust 2018

Yaş - 16 yaş və yuxarı

Son müraciət tarixi - 1 may (1-ci mərhələ), 1 iyun (2-ci mərhələ)

Qiymət - 3,250 ABŞ dolları (3 həftəlik) Qiymətə daxildir - təhsil haqqı, yaşayış, gündə 3 dəfə yemək, əyləncə proqramları, havama limanından qarşılama.

Screen shot 2017 05 25 at 11.17.26 am

Fəridə Məmmədova

İctimaiyyətlə əlaqələr üzrə Məsləhətçi

994502959775

farida@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın

Bizə qoşul

Sosial şəbəkələrə qoşul. Ən son yeniliklər birinci öyrən!

Son yeniliklər























































































































































































































































































































































































































































































































































































































































Əlaqə

Nobel prospekti 15, Azure Business Mərkəzi, 20-ci mərtəbə ofis 135
AZ1025 Bakı, Azərbaycan