English for Medics Yay Məktəbi!


Siz gələckdə tibb təhsili almağı planlaşdıran tələbə və ya abituriyentsiniz? İngilis dili biliyinizi təkmilləşdirərək, tibb terminlərini mənimsəmək, tibbə aid geniş söz ehtiyatına sahib olmaq istəyirsiniz?

Bəlkə siz artıq çalışan, təcrübəli həkimsiniz və ixtisasınızı artırmaq üçün ingilis dilinə ehtiyacınız var?

O zaman English for Medics 3 həftəlik yay məktəbi məhz sizin üçün hazırlanmış bir proqramdır.

Bu yay proqramı nə üçündür?

Kursun əsas məqsədi iştirakçıların tibb sahəsində ingilis dilində öz kolleqaları və pasientləri ilə ünsiyyət qurmaq qabiliyyətlərini inkişaf etdirmək, onlara Böyük Britaniyanın səhiyyə sistemi haqqında məlumat vermək, səhiyyə işçilərinin professional bacarıqlarını artırmaq üçün ingilisdilli resurslardan istifadələrini daha əlçatan etməkdir. Kurs oxuma, dinləmə, yazma və danışıq olmaqla, bütün 4 bacarığın inkişafını təmin edir, lakin 3 həftəlik proqramda danışığa xüsusi diqqət yetirilir.

Kurs sizə nə verir?

 İngilis dili bacarıqlarınızı, xüsusilə də tibb sahəsinə aid ingilis dilinin inkişafı

 Britaniyanın səhiyyə sistemi haqqında ətraflı məlumat

 Araşdırma və tədris bacarıqlarının inkişfı

 İngiltərə universitetlərində tibbin tədrisi haqda məlumat

 Xəstəlik tarixi, müayinə prosedurları, diaqnostika və müalicə prosedurları lüğəti

Bu intensiv kursda əsas diqqət tibbi kontekstdə istifadə olunacaq ingilis dilinə yönəldilir. İştirakçılara öyrəndilkləri bilikləri istər pasientlə, istərsə də həkim həmkarları ilə ünsiyyət zamanı istifadə etmk imkanı təqdim olunacaq.

Kursu təklif edən University of Leicester İngiltərənin aparıcı ali təhsil müəssisələrindəndir. Hal-hazırda Complete University Guide reytinqində universitet 30-cu yerdədir. Leicester Universiteti artıq 40 ildir ki, tibb təhsilinin tədrisi ilə məşğuldur. Yüksək səviyyəli akademik tədris, son dərəcədə yeni avadanlıqlarla təmin edilmiş laboratoriyalar, universitetin bütün resurslarından istifadə imkanı verən elmi araşdırma mərkəzi tələbələrin ixtiyarındadır. Universitetin kursları və yay məktəbləri isə British Council, TESOL, Cambridge Education mərkəzləri tərəfindən akkreditasiya olunmuş proqramlardır.

İştirak üçün nə lazımdır?

 İELTS 4,5 və ya ekvivalenti.

 Passport

 Kursun qiyməti 1200 GBP

Kurs sizi təmin edir:

 Həftəlik 20 saat dərslər və sosial fəaliyyətlə

 Bütün tədris materialları ilə

 İştirak sertifikatı ilə

Başlama və bitmə tarixləri:

2 – 20 iyul 2018

Kursa yazılmaq və ya əlavə məlumat almaq üçün əlaqə saxlayın:

ayten@azeristudent.az ünvanına mail yazaraq və ya 055 512 28 12 nömrəsinə zəng edərək.

400194 319947261371541 513987271 n

Aytən Ələkbərova

Dil kursları üzrə Məsləhətçi

+994555122812

ayten@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın

Bizə qoşul

Sosial şəbəkələrə qoşul. Ən son yeniliklər birinci öyrən!

Son yeniliklər























































































































































































































































































































































































































































































































































































































































Əlaqə

Nobel prospekti 15, Azure Business Mərkəzi, 20-ci mərtəbə ofis 135
AZ1025 Bakı, Azərbaycan