Loader

Tibbi genetika üzrə harada təhsil almaq olar?


Genetika - orqanizmlərin genlərini, irsiyyət və gen dəyişkənliyini öyrənən biologiyanın bir sahəsidir. Müasir genetika, irsiyyət və dəyişkənlik hadisələrini biokimya, biofızika, sitologiya, embriologiya, mikrobiologiya, zoologiya, botanika, seleksiya, bitkiçilik və heyvandarlıq kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir.

Həmçinin, alimlər bir çox digər maraqlı suallara cavab axtarır: irsiyyətin insan tənbəlliyinə, musiqi zövqinə, fobiyalarına necə təsir göstərir.

Bəs bu sahə üzrə hansı universitetdə təhsil almaq olar?

Genetikanı laboratoriyalı, tibbi mərkəzləri və elmi-tədqiqat institutları fəaliyyət göstərən universitetdə öyrənmək lazımdır. Bu ixtisas üzrə əla şərait Böyük Britaniyanın Newcastle Universitety-nin Tibb fakültəsində yaradılmışdır.

Newcastle Universitety-nin Tibb fakültəsində tələbələr ürək-damar və endokrin sistemində genetik iğtişaşları, xərçəng xəstəliyinin genetik səbəblərini, eləcə də nevrologiya, oftalmologiya sahələrində tədqiqatlar aparırlar.

Tələbələr universitetin laboratoriyalarında öz tədqiqatlarına apara bilərlər.

Təklif olunan proqram – Biomedical Genetics (bakalavr)

Genetikanın bölmələri: nə öyrədir və kimə köməklik edir?

Genetik mühəndisliyi — süni orqanizmlər yaradır. Onun bu gün üçün ən məşhur istiqamətləri – klonlaşdırma və genetik cəhətdən modifikasiya orqanizmlərin əldə olunmasıdır.

Ekogenetika - orqanizmlərin ətraf mühit və ekoloji mühitin təsiri altında necə dəyişməsinin öyrədilməsidir.

Tibbi Genetika – insan genotipinin dəyişilməsi, irsiyyətin hansı xəstəliklərə təsir göstərdiyini öyrədir.

Eləcə də genetikanın radiasiya, idman, farmakoloji kimi bölmələri var.

Siz də bu maraqlı ixtisas üzrə təhsil almaq istəyirsiniz? O zaman, Azeri Student-a müraciət edin!

You Study - We care!

nigar@azeristudent.az

+994124886678,. +994502917900

2017 02 06 photo 00000004

Nigar Bayramova

Xaricdə Təhsil üzrə Məsləhətçi

994502917900

nigar@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın