Loader

Aberystwyth University


1872-ci ildə, Wales college kimi fəaliyyətə başlasada, qısa müddətdə Aberystwyth University adını qazanmışdır. Dövlət tədqiqat universitetidir.Dünya reytinqinə görə coğrafiya, ingilis dili və siyasət fakültələri üzrə TOP 100-də yer alır.

Universitetin kitabxanasında 845000 kitab, 45000 jurnal, dərs ləvazimatları, 750 kompüter 24 saat tələbələrin xidmətindədir.

Niyə məhz “Aberystwyth University” ?

“Aberystwyth”- gözəl dənizkənarı şəhərdir. Wales-in qərb sahillərində yerləşir. Aberystwyth rəsmi olaraq “ UK-in ən böyük şəhəri” statusunu almışdır.

Kosmopolit ətraf mühitli, məhşur gözəlliyi olan Aberystwyth şəhərinin əhalisi 13.000 nəfərdir, onlardan 8000-i isə, tələbədir. Aberystwyth Wales-də o, cümlədən, Böyük Britaniya-da ən təhlükəsiz yer sayılır.

Mühazirə keyfiyyətinə görə, İngiltərədə TOP 10-da ,dünya üzrə tələbələrin yaşaya biləcəyi (həm yaşayış xərclərinin azlığı, həm də, sosial baxımdan) şəhərlər arasında 4-cü şəhərdir.

1872-ci ildə əsası qoyulan bu universitet Wales-də təsis olunmuş ilk universitetdir və qədim akademik nüfuza malikdir.

Tələbə məmnunluğunu görə İngiltərədə Top 10-a daxildir.

Time High Education Survey-in verdiyi məlumatlara görə tədqiqat üzrə İngiltərədə 35-ci yerdədir.

Yüksək səviyyədə təchiz olunmuş, yeni incəsənət kampusu.

İki dilli (fransiz və ingilis), Afrika, Avropa və Asiya mədəniyyələrinin birləşdiyi bir şəhərdə, aylıq maksimum 275 USD yaşayış xərcləri ilə yüksək keyfiyyətli təhsil almaq imkanı.

Mauritius kampusu Afrikanın dünya arasında xüsusi nüfuza sahib, beynəlxalq tələbələri cəzb edən şəhəridir.

Universitet zamanı təklif olunan part time iş imkanları ilə siz oxuyaraq işləmək və işləyərək öyrənmək imkanları qazanacaqsınız.

Tələbə həyatı:

“Aberystwyth University”- nəinki, fantastik təhsil təklif edir, həm də, yüksək keyfiyyətli həyat tərzi təqdim edir. Siz, dənizlə əhatə olunmuş, gözəl və təhlükəsiz ətraf mühitli, proqressiv, kosmopolit tələbə mərkəzində yaşaya, təhsil ala bilərsiniz.

Burada, olan restoran və kafelər, bir çox ifrastrukturlar, tələbələrin həyatını daha da rəngarənglik qatır.

Universitetin 3 kampusu var. Gogerddan. Penglais və Llanbadarn

Universitetin kampusu olan “Penglais” təpəlikdə yerləşir. Buradan, Kardiqan körfəzinin gözəl mənzərəsi görünür. Şəhərlə kampusun arasında 5-10 dəqiqəlik piyada yolu var.

Univerisitetin idman zalları, hovuz, saunarium, idman meydançaları olduqca gözəldir.

İş imkanları:

Universitet tələbələrinə əvəzolunmaz təhsil imkanları yaradır. Gələcəkdə karyera qurmağa şərait yaradan, bu bilik və bacarıqlardan maksimum yararlanmağa şərait yaradır.

Kampus daxilində işə qəbul olunmaq üçün prezentasiyalar, seminarlar, informasiya resursları, işə götürənlərlə görüşlər keçirməyə şərait yaradır.

İxtisaslar:

Universitetdə 6 institut şəklində qruplaşmış, 18 fakültə fəaliyyət göstərir:

Biologiya, Ətraf mühit və Təsərrüfat elmləri

Coğrafiya, Tarix, Siyasət və Psixologiya

Menecment, Hüquq və İnformasiya Elmləri

Riyaziyyat, Fizika və Kompüter Elmləri

Ədəbiyyat, Humanitar Elmlər və Kreativ İncəsənət

Magistratura dərəcələri.

Təhsil qiymətləri:

Bakalavr

İncəsənət, Sosial Elmlər və Hüquq 13.000 GBP

Elmlər 14.500 GBP

Magistr

İncəsənət, Sosial Elmlər 13.750 GBP

Elmlər 15.000 GBP

Pedaqogika 13.750 GBP

2017 02 06 photo 00000004

Nigar Bayramova

Xaricdə Təhsil üzrə Məsləhətçi

994502917900

nigar@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın