Loader

American Hebrew Academy


Yaranmasının 15-illiyini qeyd edən American Hebrew Academy dünyada yeganə beynəlxalq yəhudi kolleci və yatılı məktəbdir ki, özündə ciddi akademik proqramı və yüksək incəsənət, atletika, ictimai xidməti birləşdirir. Kollec 14-19 yaşlı qızlar və oğlanlar üçün açıqdır.

Bundan başqa, tələbələrin 45%-ni dünyanın 35 ölkəsindən gələn xarici tələbələr təşkil edir. Onlar üçün xüsusi ESOL proqramı təklif olunur. Beynəlxalq tələbələr kollecdə 1 ildən 4 ilə qədər təhsil ala bilərlər. Bu zaman onlar ingilis dilində oxumaq, yazmaq, kritik və kreativ düşünmək qabiliyyətlərini inkişaf etdirəcək, ABŞ-ın nüfuzlu universitetlərinə qəbul üçün hazırlaşacaqlar. American Hebrew Academy-nin müəllim-professor heyəti dünya üzrə akreditasiya keçmiş beynəlxalq əməkdaşlardan təşkil olunub. Kollec Şimali Karolinada əsrarəngiz mənzərəli gölün sahilində, 44 hektarlıq ərazidə yerləşir.

American Hebrew Academy təhsilinin bir ili yatılı tələbələr üçün 40,000, əyani tələbələr üçün isə 24,000 ABŞ dolları civarındadır. Eyni ailədən qəbul olunan bacı-qardaşlara əlavə endirimlər təklif edilir. Bundan başqa, kollec hər il 5 ən istedadlı tələbəsinə 20,000 dollar təqaüd təklif edir.Kollec ərazisinin 100 akr yaşıllıqlarla zəngin ərazisi tələbələrin yaşayışı və əyləncəsi üçün nəzərdə tutulmuş kampuslara ayrılmışdır. Burada təhsil alanların 87%-i yatılı tələbələrdir və onlar 7 tələbə yataqxanasında yerləşdirilirlər. Sirr deyil ki, yataqxana həyatı beynəlxalq tələbələr üçün xarici dili mənimsəməyin ən yaxşı üsuludur.

Nahaq yerə yəhudiləri dünyanın ən ağıllı insanları adlandırmırlar. American Hebrew Academy yəhudi məktəbində təhsil sizin uşağınız üçün əvəzolunmaz şansdır. Bu məktəbdən məzun olmuş şagirdlərin 70% Harvard, MİT, Yale, Columbia, Stanford kimi universitetlərde tələbə adını qazanırlar. Bu şansı biz sizin üçün yaradırıq.

Azeri Student xaricdə təhsil şirkəti.

2017 02 06 photo 00000004

Nigar Bayramova

Xaricdə Təhsil üzrə Məsləhətçi

994502917900

nigar@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın