Loader

BERLIN BRANDENBURG INTERNATIONAL SCHOOL


BBIS – əsas məqsədi tələbələri həyatları boyu oxumağa ilhamlandırmaq olan unikal məktəbdir. Mədəniyyətlər arasında körpü yaradaraq, məktəb xarici tələbələr arasında qarşılıqlı dostluq və anlaşma atmosferi ilə fərqlənir. Bundan başqa, məktəb hər bir tələbədə məsuliyyət və vətəndaş mövqeyinin formalaşmasına, öz gizli potensiallarını aşkar etməyə yardım edilir.

Məktəb ən gənc yaşdan 12-ci sinfə qədər Beynəlxalq Bakalavriat (İB) proqramı üzrə təhsil təklif edir. Bu tədris proqramının əsasında tədqiqat işləri aparılır, praktik tapşırıqlar həll olunur.

Məktəb kampusu dörd böyük kərpic binadan, idman zalı və meydançasından ibarətdir. Hər bir tikili akademik tələblər və sinifdənxaric çalışmalara əsasən təmir ediir. Tədris müasir, komfortu, hərtərəfli təchiz olunmuş binanın akademik məqsədlərlə quraşdırılmış auditoriyalarında həyata keçirilir.

Kiçik, orta və yüksək məktəblərdəki geniş auditoriyalarla yanaşı, burada elmi laboratoriyalar, daimi interneti olan iki kompüter sinfi, dizayn və texnologiya studiyaları, rəssamlıq emalatxanası, musiqi otaqları, praktiki məşğələ sinifləri, akt zalı, 11-12-ci sinif şagirdlərinin tədris otaqları və istirahət otaqları var.

Qəbul üçün:

  • Qiymət cədvəli

  • İntervyu

  • Tövsiyyə məktubu

Təhsilin, yaşayışın və iaşənin qiyməti – ildə 33 000 avrodur.

Rsz img 0263

Günel Məmmədova

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994505122828

gunel@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın