Loader

Bodwell High School


Bodwell High School 1991-ci ildə təsis olunmuş özəl internat məktəbdir. Hal hazırda Bodwell High School-da 750-dən çox şagird təhsil alır. Məktəb British Columbia əyalətinin Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunur. Məktəbi bitirdikdən sonra şagirdlər orta təhsil haqqında attestat alırlar və həmin attestat ilə birbaşa Kanadanın və ya digər ingilis dilli ölkələrin bakalavr dərəcəsinə asanlıqla qəbul olurlar. Təhsil yüksək səvyyədədir və məzunlar dünyanın ən qabaqcıl universitetlərinə qəbul olurlar.

Məktəb Vancouver-da - Kanadanın ən qərb əyalətində yerləşir (British Columbia). Vancouver təhlükəsiz və salamlama atmosferli beynəlxalq şəhərdir. Vancouver rahatlıq və yaşayış baxımından ilk 10 ən yaxşı şəhərlərdən biridir. Bodwell High School mərkəzdən 15 dəqiqəlik, hava limanından isə 20 dəqiqəlik məsafədə yerləşir. Məktəb idman zalı, tennis kortu, qapalı hovuz, laboratoriya, kompyuter mərkəzi, kitabxana və s. ilə təchiz olunub.

Bodwell High School-un proqramı 8-12 siniflər üçün nəzərdə tutulub.

Qəbul üçün:

  • şagirdin ingilis dili səviyyəsi orta səviyyədən yüksək olmalıdır

  • tələbənin son 3 il qiymət cədvəli

  • məktəbə 13+ yaşlı şagirdlər müraciət edə bilərlər

8-9-cu siniflərdə şagirdlər aşağıdaki fənlər üzrə təhsil alırlar: İngilis dili, sosial elmlər, riyaziyyat, elm, musiqi, biznes, bədən tərbiyəsi, Fransız dili.

10-12-ci siniflərdə isə təhsil daha çox universitetlərə hazırlıq ilə bağlıdır. Şagirdlər akademik ingilis dili və qəbul üçün bir neçə əsas fənlər üzrə təhsil alırlar.

Bodwell's High School şagirdlərə həm ailə yanənda, həm yataqxanada yaşayış təklif edir. Yataqxanada otaqlar 2-4 nəfər üçün nəzərdə tutulub. Hər otaq kompyuter, internet ilə təmin olunub. Otaqların pəncərələrindən gözəl mənzərə açılır. Tələbələrə gündə 4 dəfə qidalanma, camaşırxana xidməti, mədəni və əyləncə proqramları təklif olunur.

11389992 646851612082699 412926381256114036 n

Kamilə Fətullayeva

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994502959776

kamila@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın