Loader

Braemar College


Braemar College - Toronto-nun mərkəzində Toronto Universitetinin yaxınlığında yerləşən internat məktəbdir. Braemar College Ontario Təhsil Nazirliyi tərəfindən akkreditasiyaya malikdir. Kolleci bitirdikdən sonra tələbələr orta təhsil haqqında dövlət attestatı alırlar. Kollecin məzunları Kanadanın ən yaxşı universitetlərindən başqa həm də ABŞ, Böyük Britaniya, Yeni Zellandiya, Avstraliya və Avropanın ən qabaqcıl universitetlərinə daxil olurlar. Son bir neçə il ərzində kollecin məzunları University of Ottawa, University of Toronto, Simon Fraser University, University of Guelph, University of Waterloo, York University, Ryerson University, McMaster University və s. aparıcı universitetlərə daxil olublar. Kollecin əməkdaşlıq elədiyi partnyor universitetləri var - York University, University of Waterloo və Ryerson University kollecin məzunlarını zəmanətli qəbul edirlər.

Toronto - Kanadanın "iqtisadi" şəhəri kimi tanınan ən böyük çoxmillətli şəhərdir. Kanadanın 1/6 iş müəssisələri məhz burada yerləşir. Bu gələcəkə tələbələrin karyera qurması üçün əsas göstəricilərdən biridir.

Kollecin yaxınlığında İncəsənət Muzeyi, Royal Ontario Muzeyi, Roy Thomson Hall konsert zalı, Opera, CBC televiziya mərkəzi yerləşir, Toronto Pearson İnternational Airport-dan isə 30 dəqiqəlik məsafədə yerləşir.

Kollecin kampusunda tələbələr üçün hər bir şərait yaradılıb: kompyuter sinifləri, kitabxanalar, tələbə klubları və s.

Təklif olunan proqram:

  • 9-12 siniflər üçün nəzərdə tutulan orta məktəb proqramı

Proqram 13+ yaşlı şagirdlər üçün nəzərdə tutulub ( şagird mütləq 8 sinif bitirməlidir)

Qəbul şərtləri:

  • Son 3 ilin qiymət cədvəli

  • İngilis dilinin səvviyəsi ortadan yuxarı olması

  • Riaziyyatdan yaxşı qiymətlər

İngilis dili səviyyəsi və riaziyyatdan biliklər kollecin daxili imtahan vasitəsi ilə yoxlanılır. Şagirdin ingilis dili səviyyəsi yaxşı olmadığı zamçan English Secondary Language proqramı təklif olunur. Proqrami uğurla başa vurduqdan sonra təhsilə başlanılır.

12 sinif daha çox universitetlər qəbul olmaq üçün nəzərdə tutulub. Kollecin heyəti şagirdlərə ixtisas, universitet seçimində, sənədlərin toplanmasında köməklik edirlər.

Braemar College şagirdlərə ailə yanında yaşayış təklif edir. Kollec ailə seçiminə xüsusi diqqəq yetirir. Şagirdlər gündə 3 dəfə yemək ilə təmin olunurlar. Menyu hər bir şagird üçün individual yaradılır - bütün allergiyalar, pəhrizlər nəzərdə tutulur.

Rsz img 0263

Günel Məmmədova

Xaricdə Təhsil üzrə Məsləhətçi

+994505122828

gunel@azeristudent.az

Geniş məlumat üçün mənimlə əlaqə saxlayın