Loader

Eljan

Elcan Qasımzadə

Xaricdə təhsil almaq hər zaman mənim arzum idi. Vaxtı gəlib çatanda reallaşacağına inandığım üçün ingilis dilimi hər zaman inkişaf etdirirdim. Məktəbin son ilində İELTS 7.0 nəticəmi aldım və universitetləri araşdırmağa başladım. Özümə uyğun bəzi kriteriyalarım var idi. Kiçik, sakit həmçinin reytinq baxımından normal universitet seçmək istəyirdim. Azeri Student şirkətindən mənə yardımçı edən Xanım xanımdan bir neçə universitet araşdırmasını istədim. Məlumatlara baxıb yalnız bir universitetə sənədlərimi göndərdim. Nəticələrim yaxşı olduğu üçün gəbul alacağımı bilirdim. Müraciət etdiyim zaman son qeydiyyat tarixinə cəmi bir gün qalmışdı. Necə olduğunu bilmirəm amma cəmi 24 saat ərzində qəbul məktubum artıq məndə idi. Valideynim bu məsələ ilə bağlı təhsil agentimlə tez-tez əlaqə saxlayırdı. Bütün suallarına aydın şəkildə və zamanında cavab verdiyi üçün Xanım xanıma minnətdarıq. Səfirlik zamanı Amerika visasında tələbələr çətinlik çəksə də mən visamı çox tez aldım. Yataqxana və visa prosesimdə də təhsil üzrə agentim mənə çox böyük köməklik etdi. Hətta universitetə gedib çatdıqdan sonra da bütün yaranan bütün suallarıma cavab verilir və köməklik göstərilir. Bütün xidmətlətin ödənişsiz olması və universitetlərin rəsmi nümayəndələri olmaqları şirkətin üstünlüklərindən biridir. Təhsilimə gəldikdə isə universitetdən çox razıyam. Yaşayış yeri ümumi yaşam tərzi isə əsl istədiyim kimidir. Hərşey üçün minnətdarlığımı bildirirəm.

Auburn University of Montgomery