Loader

Zuleykha

Züleyxa Qasımova

Uşaqlıqdan biznes yoxsa incəsənət ixtisası oxuyacağımı qərarlaşdıra bilmirdim. Artıq 10-cu sinifdən araşdırmalara başlamışdım, gələcəyimi harda, hansı universitetdə davam etdirməliyəm? Bu mənim üçün vacib bir qərar olduğu üçün 11-ci sinifin başlanğıcından sənədlərimi təhsil üzrə agentim Xanım xanıma təqdim etdim. Kanada universitetləri əsas planda idi. Dünyaca reytinqli 3 Universitetə: Toronto, Waterloo, Simon Fraser sənədlərimi göndərdim. Əsas cavabı Waterloo Universitetindən gözləyirdim. Hər üç universiteti canlı olaraq ziyarət etdik və ən bəyəndiyim Waterloo oldu. Gözlədiyimə dəydi və istədiyim universitetdən qəbul məktubu aldım. Dünya üzrə top universitet olduğu üçün sənədləşmə qeydiyyat prosesi biraz uzun oldu. Kanada ilə saat fərqimiz olduğu üçün təhsil üzrə işlərimdə mənə köməklik edən Xanım xanım hər zaman bizimlə əlaqə yaradır və zamanında bütün işlərimi yerinə yetirməyə çalışırdı. Qeydiyyat, visa prosesi və mənim üçün vacib məqamlardan biri olan yataqxana seçimi prosesində bizə doğurdan çox yardımçı oldu. Hal- hazırda Kanadadayam və hərşeydən çox razıyam. Bura gəlməyimdə göstərdiyi xidmətlərə görə Xanım xanım və Rasim müəllimə çox böyük təşəkkürümü bildirirəm. Hörmətlə, Züleyxa Qasımova

University of Waterloo