Loader

Jamil neu

Cəmil Əlizadə

İlk öncə bütün proseslərin sürətli və problemsiz reallaşdırdığınız üçün şirkətinizə minnətdarlığımı bildirirəm. Mən valideynim ilə internetdə Northeastern universiteti haqda kiçik araşdırmaq etdikdən sonra Azeri Student şirkətinin universitetin rəsmi nümayəndəsi olduğunu öyrəndik. Ofisə zəng edib həm Northeastern, həm də kompyuter sahəsi üzrə reytinqli universitetlər haqda məlumat aldıq. Bütün məlumatlar dolğun və düzgün şəkildə qeyd edildiyi üçün tam şübhəsiz şəkildə sənədlərimiz Xanım xanıma təqdim etdik. Eyni zamanda 5-6 universitetə müraciət edib qısa zamanda mübsət cavablar aldıq. Ən çox gözlənilən Northeastern qəbul məktubu gəldikdən sonra universitet göstəricilərimə görə mənə müəyyən endirim də təklif etdi. Qəbul məktubumu təsdiq etdik və mart ayında artıq hansı universitetin tələbəsi olacağımı bilirdim. Attestatımı aldıqdan sonra visa işlərimi də Xanım xanımla birlikdə çox rahat şəkildə həll etdik. Artıq Bostondayam və təshilimə başlamışam. Bura dünyanın ən ağıllı şəhərlərindən biri adını qazanıb. Ümid edirəm bakalavr proqramı üçün seçdiyim universitet mənim gələcəyimə müsbət təsir göstərəcək. Təkrar olaraq Azeri Student şirkətində və mənim təhsil üzrə agentim Xanım Alakbarzadeye minnətdarlığımı bildirirəm.

Hörmətlə, Cəmil Əlizadə

Northeastern University Computer science