Loader

Orkhan

Orxan Qurbanov

Bakalavr təhsilimi də xaricdə tamamladığım üçün magistratura proqramımı da xarici ölkələrdən birində davam etdirmək istəyirdim. Amerikada dəfələrlə qısa müddətli proqramlar üzrə təhsil aldığım üçün artıq qərarımı vermişdim. Təhsil alacağım ölkə Amerika olacaqdı. Türkiyədə təhsil aldığım və son kurs olduğum üçün bu işlərə necə və hardan başlayacağımı bilmirdim. İELTS və ya başqa hər hansı imtahanım nəticəm yox idi. Bakalavr təhsilim ingilis dilində olduğu üçün ingilsi dili səviyyəm normal idi. Lakin imtahan vermək üçün zamanım yox idi. Biraz araşdırma edib Azeri Student şirkətinə müraciət etdim. Mən türkiyədə oxuduğum üçün təhsil üzrə agentim Xanım xanımla yalnız internet üzərindən əlaqə saxladıq. Email, WhatsApp vasitəsi ilə mənə məlumatlar göndərdi hətta İELTS olmadan universitetlərə müraciət edəcəyimi də qeyd etdi. Bütün proses online internet vasitəsi ilə oldu. Sənədləri elektron şəkildə göndərdim və motivasiya məktubu, tövsiyyə məktublarının yazılmasında Xanım xanım mənə maksimal köməklik etdi. 2-3 Universitetdən qəbul məktubu aldıq. Düzünü desəm ilk müraciət edərkən hansı ixtisası seçəcəyimi də bilmirdim. Bu işdə də mənə çox köməklik etdiyi üçün ayrıca minnətdaram. New Yorkdan mənə bəzi iş təklifləri gəldi, buna görə də Adelphi University seçdim və peşman deyiləm. Amerikanın ən yaxşı universitetlərindən birinin tələbəsi olduğum üçün özümü şanslı hiss edirəm. Köməklik üçün Azeri Student şirkətinə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, Orxan Qurbanov

Adelphi University MBA Public Administration