Loader

Zahira

Zahira Mammadova

Mən artıq altı ildir ki,Bakıda fəaliyyət göstərən BSB innovasiyalar məktəbində riyaziyyat fənnini tədris edirəm.Bakı Dövlət Universitetində bakalavr, magistratura və hətta doktorantura təhsili almağıma baxmayaraq Böyük Britaniyada təhsil almaq ,daha böyük təcrübə qazanmaq arzum olaraq qalırdı. Arzumu reallaşdırmaq üçün bir müddət peşəmdən uzaqlaşmaq,işimə fasilə vermək fikri məni narahat edirdi.2013-cü ildə təsadüfən xaricdə təhsil alan tələbələrimin facebook səhifəsindən Azeristudent profilini gordum və bu barədə daha ətraflı məlumat almaq üçün Rasim Allahverdiyevlə əlaqə saxladım. Qısa bir müddətdən sonra Rasim müəllim mənə şox sərfəli bir variant təklif etdi.Həmin varianta əsasən , mən işimi davam etməklə yanaşı ilin müəyyən vaxtlarında Britaniya universitetindəki dərslərə qatıla bilərdim. Rasim Allahverdiyevin bu gözəl təklifi Böyük Britaniyada təhsil almaq arzumu reallaşdırdı. Başda Rasim Allahverdiyev olmaqla Azeristudent komandasının hər bir üzvü sənədlərimin gönderilməsində, visa almaqda mənə hər cür köməklik göstərdilər. Artıq bir ildir ki, bizim səmimi dostluq əlaqələrimiz var. Hazırda mən xaricdə təhsil almaq istəyən tələbələrimə universitetlərə baş vurduqda tərəddüd etmədən Azeri student-i məsləhət görürəm. Rasim Allahverdiyev haqqında onu deye bilərəm ki, gördüyü işdən çox məmnundur və o, işini həmişə layiqincə yerinə yetirir. Bizim üzərimizə düşən isə təbələrimizi, abiturientləri etibarlı əllərə əmanət etməkdir.

University of Buckingham