Loader

Screen shot 2016 05 09 at 11.15.32 am

Fatimə Xudiyeva

“Azəri student” həqiqətən də, biz tələbələrin, dünyanın istənilən bir məkanında, təhsil almaq istəklərini yerinə yetirə biləcək, eyni zamanda təhsil həyatı və gələcəyimizi həvalə edə biləcək yeganə ünvandır. Əvvala, onu qeyd etmək istərdim ki, işçi kollektivi olduqca mehriban, gülərüz və işlərində dəqiqdirlər.

Həmçinin, şirkətin əməkdaşı Əliyev Rauf müəllim sizin istək və problemlərinizi çox asanlıqla anlayır və bütün işlərin ən yaxşısını məhz bu bu istiqamətdə vəziyyətə görə planlayır. Nəticə etibarı ilə, siz təhsil sahəsində olan istək və məqsədlərinizə daha tez çatmış olursunuz. Birmənali olaraq dünyanın harasında olursunuzsa olun, sizin durumunuzla hər zaman maraqlanırlar və vətəndən kənarda belə olsanız yaranmış problemlərə anındaca, hiss olunmaz sürətdə həll tapırlar. Belə ki, loqosunun üzərindəki yazıdan da, aydın olduğu kimi “You study, We care” prinsipinə isə, maksimum dərəcədə riayət edilir.

Mən, tam orta məktəbi başa vurduqdan sonra bir illik “ International Foundation” hazırlıq proqramında İngiltərədə təhsilimi davam etdirmişəm. Bakalavr pilləsi ( Finance Accounting) üçün isə, Avstraliya marağımı cəlb etmişdi. Lakin “Azəri Student”-i tanıyana qədər bir neçə, digər müəsissələrə də bu istiqamətdə suallarımı verəndə onların göstərə biləcəyi xidmətin limitli olduğu bəlli oldu. Bu gün mənim 17 yaşım var əvvəlki təhsil aldıgım məkana və hazırkına nəzər yetirsək görünürki, tamamilə yer kürəsinin bir-birinə əks və uzaq məkanlarında müxtəlif və geniş sivilizasiyanın mövcud olduğu tələbələrlə təhsil almaq şansına nail olmuşam. Belə bir möhtəşəm fürsəti mənə yaratdığına görə “Azəri Student” kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. Son olaraq, onu söyləmək istərdim ki, uğurlarımızın əsas sirlərindən biri də zamandan hər zaman öndə olmağımızdadır. Odur ki, əgər işlərinizə ciddi və professional sürətdə yanaşılmasını və bu baxımdan zamandan öndə olmağınızı istəyirsinizsə, o təqdirdə istəklərinizə gedən yolda “Azəri student” ilə addımlayın.

Xoş diləklərlə, Fatima Khudiyeva

Flinders University