Yüklənir...

shape shape shape shape

Əfsanəvi İtaliya moda məktəbindən 50 % - ə qədər ENDİRİM!

28 iyun 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Əfsanəvi İtaliya moda məktəbindən 50 % - ə qədər ENDİRİM!

Istituto Marangoni 1935-ci ildə qurulmuş və Avropada moda mütəxəssisləri yetişdirən ilk özəl universitet olmuşdur. Bu gün institut dünyanın 5 ən yaxşı moda məktəblərindən biridir. Buradakı təhsil proqramları hər il yenilənir və #fashion dünyasının reallıqlarına uyğunlaşdırılır.

 

Yarandığı gündən bəri, Istituto Marangoni 30.000-dən çox mütəxəssis yetişdirmişdir. Dolce & Gabbana, Franco Moschino, Alessandra Facchinetti (Tod's), Julie de Libran (Sonia Rykiel), Rodolfo Paglialunga (Jil Sander) və digər moda ulduzları burada təhsil almışdırlar.

 

Istituto Marangoni tələbələri mütəmadi olaraq dünya moda həftələrində və daxili sərgilərdə iştirak edirlər; əsərləri Vogue, Harper's Bazaar və AD səhifələrində görünür.

 

DİQQƏT!

Istituto Marangoni sənətkarlıq və mükəmməlliyin simvolu kimi tanınan italyan tərzinin incəliklərini tələbələrə öyrətmək üçün yeni təqaüd proqramını təklif edir.

 

Təqaüd proqramına seçim 28 iyun 2021-ci il tarixinədək davam edəcək. Hər kurs üçün təhsil haqqının 50% - i həcmində təqaüd ayrılacaq (qəbul haqqı ödənilmək şərtilə).

 

Təqvim:

  • 28 iyun 2021 - Qeydiyyatın və yaradıcılıq layihəsinin təqdim edilməsinin son tarixi
  • 6 iyul 2021- Müraciət və tapşırıqların qiymətləndirilməsi üçün peşəkarlardan ibarət münsiflər iclası
  • 15 iyul 2021-ci ildən başlayaraq - Qaliblərin açıqlanması

 

Ən prestijli moda, dizayn və sənət markaları tərəfindən dəstəklənən xüsusi təqaüd proqramları ilə tanış olun:

  • ETRO (Milano Fashion) - Master in Fashion Design Womenswear 

  • VERSACE (Milano Fashion) - Master in Fashion Omnichannel & E-commerce 

  • CAPPELLINI (Milano Design) - Master in Product & Furniture Design 

  • McCann (Milano Design) - Master in Digital Art Direction 

  • ETRO (Firenze) - Master in Fashion, Art & Textile Innovation 

  • VERSACE (Firenze) - Master in Luxury Accessories Design & Management 

  • Zadig & Voltaire (Paris) - Master in Fashion Buying and Merchandising 

 

Dünyanın hər yerindən olan tələbələr Milano, Firenze, Parisdə yerləşən kampuslarda dərs alır, fikir, layihə, ilham və baxış mübadiləsi aparırlar. Bunların hamısı, estetik zövqlərinin təkamülünə gətirib çıxararaq gələcək karyera seçimləri haqqında fikir əldə etmələrinə kömək edir. Siz də o tələbələrdən biri olmaq istəyirsinizsə, elə indi bizə müraciət edin!

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test