Yüklənir...
Xaricdə təhsil almaq istər keyfiyyət, istərsə də yaratdığı imkanlara görə gənclərin məqsədlərindəndir. Xaricdə təhsil tələbələrə fərqli mədəniyyətlər tanımaq, yeni dillər öyrənmək və fərqli perspektivlər qazanmaq imkanı yaradır.
Xaricdə təhsil üçün universitet seçərkən ən yaxşı universitetləri seçməksə tələbələrin prioritetidir.
Beynəlxalq dərəcəli universitetlərdə oxumaq təkcə yüksək keyfiyyətli təhsil əldə etmək deyil, həm də qlobal dünyada rəqabətqabiliyyətli karyera qurmaq üçün əla fürsətdir
Ən yaxşı universitet axtarışısını asanlaşdırmaq və universitet seçminizə dəstək olmaq üçün 2024-cü ildə dünyanın ən yaxşı universitetlərinin siyahısı sizə bu yazıda təqdim edəcəyik.
Universitetlərin sıralamasını həyata keçirən bir neçə reytinq sistemləri var. Onların ən məşhurları bunlardır:
QS World University Rankings. Dünyanın ən nüfuzlu reytinq sistemlərindən biridir. Akademik reputasiya, tələbə-müəllim nisbəti və beynəlxalq mühit kimi göstəriciləri qiymətləndirir.
Times Higher Education (THE) Rankings. Universitetlərin tədris keyfiyyəti, tədqiqat fəaliyyəti və istinad təsiri kimi göstəriciləri əsasında dəyərləndirir.
Academic Ranking of World Universities (ARWU). "Şanxay Reytinqi" kimi tanınır. Əsasən tədqiqatların keyfiyyəti və Nobel mükafatı alan məzunları ilə universitetləri sıralayır.
U.S. News & World Report Best Global Universities Tədqiqat təsiri və beynəlxalq reputasiya əsas götürülərək dünya universitetlərinin reytinqini təqdim edir.
Reytinqlərə görə 2024-cü ilin ən yaxşı TOP-20 universitetləri bunlardır:
2024-cü il üçün beynəlxalq reytinqlərə əsasən Avropanın ən yaxşı TOP-20 universiteti:
2024-cü il reytinqlərinə əsasən Amerikanın ən yaxşı 20 universiteti:
1. Massachusetts Institute of Technology (MIT) – Cambridge, Massachusetts
2. Stanford University – Stanford, California
3. Harvard University – Cambridge, Massachusetts
4. California Institute of Technology (Caltech) – Pasadena, California
5. University of Chicago – Chicago, Illinois
6. Princeton University – Princeton, New Jersey
7. Columbia University – New York City, New York
8. Yale University – New Haven, Connecticut
9. University of Pennsylvania – Philadelphia, Pennsylvania
10. Cornell University – Ithaca, New York
11. University of California, Berkeley (UC Berkeley) – Berkeley, California
12. University of California, Los Angeles (UCLA) – Los Angeles, California
13. Johns Hopkins University – Baltimore, Maryland
14. Northwestern University – Evanston, Illinois
15. University of Michigan, Ann Arbor – Ann Arbor, Michigan
16. New York University (NYU) – New York City, New York
17. Duke University – Durham, North Carolina
18. University of Washington – Seattle, Washington
19. University of California, San Diego (UCSD) – San Diego, California
20. Brown University – Providence, Rhode Island
Dünyanın ən yaxşı universitetlərinə qəbul olmaq hər bir tələbənin məqsədidir. Lakin bu məqsədə çatmaq üçün mükəmməl hazırlıq və planlaşdırma tələb olunur.
Aşağıda, dünyanın ən prestijli universitetlərinə qəbul olmaq üçün izləməli olduğunuz əsas addımları təqdim edirik:
Yüksək akademik nəticələr
Dünyanın ən yaxşı universitetləri, yalnız mükəmməl akademik nəticələri olan tələbələri qəbul edir. Yüksək GPA və qəbul imtahanlarında (məsələn, SAT, ACT, GRE, GMAT) yüksək nəticələr göstərmək vacibdir.
Beynəlxalq dil sertifikatları
İngilis dilində təhsil verən universitetlər, tələbələrdən TOEFL və ya IELTS kimi dil sertifikatları tələb edir. Bu testlərdə yüksək nəticə əldə etmək, qəbul şansınızı artırır.
Təcrübə və aktik sosial fəaliyyətlər
Akademik bacarıqlardan əlavə, dünyanın ən yaxşı universitetləri tələbələrdən sosial fəaliyyətlərdə iştirak etmələrini də gözləyir. Könüllü işlərdə, sosial layihələrdə, və ya idman və mədəniyyət sahələrində iştirak etməklə təcrübənizi artıra bilərsiniz.
Motivasiya məktubu
Müraciət etdiyiniz universitetlərə özünüzü tanıdan və məqsədlərinizi açıqlayan motivasiya məktubu təqdim etməlisiniz. Bu məktubda, niyə həmin universiteti seçdiyinizi, hansı sahədə təhsil almaq istədiyinizi və bu təhsil ilə gələcəkdə nə əldə etməyi planlaşdırdığınızı dəqiq və inandırıcı şəkildə izah edin.
Tövsiyə məktubları
Təhsil və peşəkar həyatınızdakı müəllimlərdən və rəhbərlərdən tövsiyə məktubları almaq çox vacibdir. Bu məktublar, akademik qabiliyyətlərinizi və xarakterinizi təsdiqləyəcək və müraciətinizin güclənməsinə kömək edəcək.
Xüsusi bacarıqlar və nailiyyətlər
Dünyanın ən yaxşı universitetləri yalnız akademik göstəricilərini deyil, həm də xüsusi bacarıqlarını və nailiyyətlərini təqdim edən tələbələri qiymətləndirir. Yaradıcı və tədqiqatçı layihələrdə iştirak etmək, müxtəlif sahələrdə müsabiqələrdə yer qazanmaq və ya xüsusi bacarıqlarınızı nümayiş etdirmək qəbul şansınızı artıracaq.
Dəqiq planlaşdırma
Qəbul prosesinə başlamadan əvvəl, müraciət etdiyiniz universitetlərin tələblərini dəqiq şəkildə araşdırın. Hər bir universitetin və proqramın öz tələbləri və vaxt çərçivələri vardır. Müraciət tarixləri və sənəd tələbləri haqqında erkən məlumat almaq və düzgün müaciət etmək üçün çox vacibdir.
Peşəkarlardan dəstək alın
Dünyanın ən yaxşı universitetlərinə qəbul olmaq mürəkkəb və rəqabətli prosesdir. Bu yolda, peşəkar və təcrübəli mütəxəssislərin köməyi çox önəmlidir. Azeri Students olaraq, biz tələbələrə beynəlxalq universitetlərə müraciət prosesində kömək edən təcrübəli və peşəkar mütəxəssislərdən ibarət komandaya sahibik. Biz, hər bir tələbənin unikal ehtiyaclarına uyğun olaraq, düzgün universitet seçimi, müraciət prosesi və sənədlərin hazırlanmasında sizə dəstək veririk. Bizimlə işləyərək, müraciətinizin dəqiq və müsbət nəticələnməsinə əmin ola bilərsiniz.