Yüklənir...
A-levels İngiltərə və bəzi digər ölkələrdə orta məktəb təhsilinin son iki ilində verilən və tələbələrin universitetə qəbulunda mühüm rol oynayan imtahan sistemidir. 16-18 yaşlı tələbələr üçün nəzərdə tutulmuş bu proqram tələbələrə seçdikləri kurslar üzrə təhsil almaq və ixtisaslaşmaq imkanı verir.
A-level proqramı iki il davam edir və tələbələr bu müddət ərzində adətən üç və ya 5 fənni seçirlər.
A-lever proqramında şagirdlərin nəticələri universitetə qəbulda üstünlük olaraq qiymətləndirildiyi üçün proqrama xüsusilə maraq duyulur.
Bu bloqda A-level proqramı haqqında ən çox verilən 10 suala cavab verəcəyik.
A-level, Böyük Britaniyada universitetə qəbul olmaq istəyən şagirdlər üçün nəzərdə tutulmuş orta təhsil proqramıdır. Universitetə hazırlıq mərhələsi hesab olunan bu proqram son iki tədris ilini və yekun attestasiyanı əhatə edir.
A-level proqramının əsas xüsusiyyətlərindən biri, şagirdin proqramın başlanğıcında artıq gələcək akademik yolunu müəyyən etməsidir. Belə ki, şagird tədris ilinin əvvəlində alacağı dərsləri özü seçir. Seçilən dərslərin sayı 3-5 arası olur.
A-level nəticələrinə əsasən qəbul prosesi bir çox ölkələrin qəbul sistemlərindən fərqlidir. Məsələn, Azərbaycanda məzun əvvəlcə DİM balını alır və sonra universitet seçir, lakin A-level ilə bu proses tərsinədir.
Son tədris ilində tələbə sənədlərini UCAS sistemi vasitəsilə ali təhsil müəssisələrinə təqdim edir. 1-dən 5-ə qədər müxtəlif proqrama müraciət etmək mümkündür. Universitetləri sıralayarkən öz prioritetlərinizə əsasən seçib sıralamalısını. Yəni, birinci yerə sizin üçün ən prioritet olan universitet və proqramı, sonuncu yerə isə qəbul olmağı ən az istədiyinizi proqramı qeyd edirsiniz.
Qeyd edək ki, A-level proqramlarının müraciət müddətləri fərqli vaxtlarda olur. Əgər proqramın son tarixə qədər müraciət etməsəniz, yalnız ikinci qəbul dövrü müraciət edə bilərsiniz. İkinci qəbul adətən 30 iyunadək olur.
Bəzi proqramların müraciət tarixləri belədir:
Bu tarixlər hər il universitetdən aslı olaraq dəyişir və imtahan tarixləri universitetlərin rəsmi veb-saytlarında yerləşdirilir.
Universitet və proqramları seçdikdən sonra A-level imtahanını verirsiniz. A-level imtahanları isə universitet seçimindən spnra olur. Bu müddət ərzində sənəd verdiyiniz universitet sizə öz qəbul şərtini göndərir. Bu şərtə universitetə qəbul üçün nə qədər bal toplamalı olduğunuz qeyd olunur. Əgər həmin balı toplamasınız, universitetə qəbul ola bilməyəcəksiniz.
A-level-in bu sisteminə görə artıq orta məktəbin sonuncu sinifindən təhsil almaq istədiyiniz proqramı bilməli və universitetin tələblərinə uyğunlaşmalısınız. Əks halda, seçdiyiniz 5 proqramdan heç birinə qəbul olmaya bilərsiniz.
A-level mərhələsinə başlamadan əvvəl təhsil almaq istədiyiniz sahəni seçməyiniz lazımdır. Bu zaman qərar verməkdə çətinlik çəksəniz, müxtəlif peşə yönümlü testlər sizə kömək edə bilər.
Sizə maraqlı olan səhəni seçdikdən sonra prioritet universitetlərin və proqramların seçimi prosesinə başlamaq olar. Bu zaman seçim edərkən universitetlərin reytinqlərini, tədris planlarını və təhsil müəssisələrinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Eyni zamanda, universitetin yerləşdiyi yer, kampus şəraiti, təhsil haqqı və təqaüd proqramları kimi fərdi meyarlara da diqqət yetirilməlidir.
Universitetlərin təxmini siyahısını müəyyən etdikdən sonra, onları qəbul tələblərinin səviyyəsinə görə sıralamaq lazımdır. Yuxarıda qeyd edildiyi kimi, əvvəlcə ən çox istədiyiniz daha sonra isə az istədiklərinizi qeyd etməyiniz məsləhətdir.
Fənlərin seçiminə gəldikdə isə xaricdə təhsil mütəxəssislərimiz bildirir ki, "A-level üçün fənlərin əsas faktor fənlərin deyil, keyfiyyəti önəmlidir. Yəni əgər 5 fənn seçib hər birindən B almaqdansa, 3 fənn seçib hər birindən A* almaq daha yaxşıdır." Bu səbəbdən də fənlərin sayına deyil, sizə uyğun olub-olmamasına diqqət yetirməyiniz vacibdir.
Bəzi məktəblər AS-level testlərini keçirirlər. AS-level, bir növ A-level-dən əvvəl keçirilən sınaq tipli imtahandır və nəticələri qəbul prosesində nəzərə alınır.
Xaricdə təhsil mütəxəssislərimizin fikrincə, AS-level imtahanlarını təklif edən məktəblər daha üstün hesab olunur, çünki bu imtahanlar daha obyektiv proqnozlar (predictive grades) verir. Hər A-level qiyməti müəyyən bal miqdarı ilə bərabərdir və bu ballar UCAS tarifləri adlanır.
AS-level imtahanlarının nəticələri də UCAS tariflərinə görə ballara çevrilir. Nəticədə, AS-level imtahanlarının nəticələri abituriyentin müraciətinə əlavə ballar qazandırır.
AS-level imtahanlarının nəticələri yüksək olduğundan proqram seçərkən nəticənizdən aşağı proqram seçməyiniz qəbul şansınızı artıracaq.
UCAS (the Universities and Colleges Admissions Service) — Britaniya universitetlərinə müraciət edən abituriyentlər üçün "one-stop-shop" prinsipi ilə yaradılmış saytdır.
Britaniyada olan bütün qəbul prosesləri bu platforma vasitəsilə idarə olunur. Bu platformada gələcək tələbənin sənədləri toplanır və daha sonra universitetlərə göndərilir. Saytda proqnoz qiymətləri (predictive grades), imtahan nəticələrindən tutmuş motivasiya məktublarına və referans verməyə hazır olan insanların əlaqələrinə qədər bütün məlumatlar toplanılmış olur.
Sənədlərin təqdim edilməsi üçün ilk son tarix 15 oktyabrdır. Ən çox maraq duyulan University of Oxford və University of Cambridge-ə qəbul üçün müraciətlərin qəbul edilməsi həmin tarixdə tamamlanır. İkinci son tarix isə yanvar ayının sonuncu cümə günüdür.
Buna səbəbdən də, UCAS-da qeydiyyatdan keçmək üçün ən yaxşı vaxt sentyabr və yanvardır.
Qeyd olunan tarixlər hər il dəyişdirilir və universitetlərin rəsmi veb-saytlarına yerləşdirirlir
A-level nəticələrinin elan olunma tarixi ildən-ilə dəyişir, lakin ənənəvi olaraq qiymətlər və qəbul nəticələri avqust ayının ikinci yarısında məlum olur.
Nəticələr, bütün dünyada eyni vaxtda məlum olur.
A-level imtahanlarını bir il sonra yenidən vermək mümkündür. Lakin bu müddəti gözləmək hər zaman mümkün olmaya və vaxt itkisi ola bilər.
Əgər hər hansı bir səbəbdən abituriyent tələb olunan balları toplaya bilməyibsə, International Year One proqramını nəzərdən keçirə bilər. Bu proqram Britaniya bakalavr dərəcəsinin birinci kursuna ekvivalentdir və universitetə qəbul üçün alternativ yoldur.
Burada tələblər bir qədər aşağı olduğundan qəbul şansı da yüksəkdir. Proqramın əsas üstünlüyü isə ondan ibarətdir ki, tələbələr yenidən imtahan vermək üçün bir il itirmirlər.
“Clearing”, Rusiyada tanınan və yaxın zamanda ləğv edilən "ikinci dalğa" qəbul imtananının ekvivalentidir. Bəzi abituriyentlərin qəbul imtahanından kəsilmələri və ya başqa bir universitetə qəbul olunmağa qərar verməsi səbəbindən universitetlərdə boş yerlər yaranır. Bu zaman universitet UCAS-da yeni tələbə qəbul etmək imkanı olduğu barədə elan dərc edir. Bu elan sayəsində birinci dəfə qəbul olmayan abituriyentlər yenidən həmin universitetlərin boş qalan proqramlarına qəbul ola bilərlər.
Mütəxəssislər əvvəlcə universitetin abituriyenti qəbul ediləcəyinə dair şifahi təsdiq almağı və yalnız bundan sonra rəsmi şəkildə yenidən müraciət etməyi tövsiyə edirlər.
A-level proqramı dünyanın hər yerində eynidir və fərqli ölkələr olmasından aslı olmayaraq heç bir fərq yoxdur.
A-level üçün onlayn proqramlar da mövcuddur: əgər şagird məsafədən təhsil alırsa, imtahanları British Council (Britaniya Şurası) və ya A-level imtahanlarını qəbul etməyə akkreditə olunmuş məktəbdə verə bilər.
Xaricdə təhsil mütəxəssislərimiz bildirir ki, "dünyanın hər yerində A-level proqramı xüsusi imtahan şuraları tərəfindən akkreditə edilir, bunlar Britaniya imtahan şuralarıdır və onların sayı beşdir. Məsələn, Edexcel və AQA bura daxildir.
Eyni zamanda, uşaq harada oxuyursa-oxusun, onlayn və ya Rusiyada bir məktəbdə, imtahanların verilməsi və qəbul prosesi eynidir. Yeganə fərq, Rusiyadan olan uşaqların viza almaq üçün əlavə vaxt nəzərə almalarıdır."
Həmçinin, mövcud geosiyasi şəraitə görə, məzunun imtahanları harada və necə verəcəyini (hansı mərkəzdə və ya məktəbdə və hansı ölkədə) əvvəlcədən bilmələri vacibdir.