Yüklənir...

shape shape shape shape

ABŞ-da təhsil vizasını almaq çətindir?

ABŞ-da təhsil vizasını almaq çətindir?

Amerika Birləşmiş Ştatları beynəlxalq tələbələr üçün ən populyar məkandır. Xarici tələbələr mövzusunda uzun bir keçmişi var və dünyanın ən yaxşı universitetlərindən bəzilərini təklif edir. ABŞ tələbə vizası xarici vətəndaşların akademik işlərə, dil hazırlıq proqramlarına və ya digər peşəkar texniki təhsil növlərinə davam etməsini təmin edən və müvəqqəti olan bir vizadır.

ABŞ-da oxumaq istəyirsinizsə və ABŞ vətəndaşı deyilsinizsə, tələbə vizası almalısınız. ABŞ tələbə vizasına müraciət etmək uzun müddət çəkə bilər, bu səbəbdən də təhsilinizin başlamasından ən azı üç və ya beş ay əvvəlcədən hazırlanmağa başladığınıza əmin olun. ABŞ tələbə vizasına müraciət etmək üçün adətən bir neçə addım tələb olunur. Bu addımlar hər ABŞ səfirliyi və ya konsulluğunda fərqli ola bilər, bu səbəblə də müraciət etmək istədiyiniz səfirlik və ya konsulluğun veb-saytındakı təlimatlara əməl etmək vacibdir.

Amerika Birləşmiş Ştatlarında 3 fərqli tələbə vizası növü var və hamısının da özünəməxsus xüsusiyyətləri var. Bu vizalar F1, J1 və M1 olmaqla üç yer yerə ayrılır.

F1 vizası

F1 vizası beynəlxalq tələbələrə akademik işlər üçün verilir. Müntəzəm olaraq bir akademik və ya ingiliscə dil proqramına davam edən tələbələrə verilir və bütün ABŞ tələbə vizalarının ən geniş yayılmış olanıdır. F1 tələbə vizası sahiblərinin tamştat tələbə statusunu saxlaması və həftədə ən çox 20 saat yarımştat işləməsinə icazə verilir. F1 vizasına sahib beynəlxalq tələbələr I-20 formalarının (Miqrant Olmayan Tələbə Statusuna Uyğunluq Sənədi) etibarlılıq müddətinin bitməsindən əvvəl kurslarının tamamlamalıdırlar.

J1 vizası

Akademik proqramlarını tamamlamaq üçün öz ölkələrində olmayan tətbiqi təhsil almalı olan beynəlxalq təbələrə J1 vizası verilir. Bu tələbə vizası həftədə 20 saatla məhdud olmaqla yarımştat işəgötürülməyə icazə verir. Ancaq beynəlxalq tələbələrin işə götürülməsinin dəyişdirilməsi üçün ziyarətçi proqramı sponsorundan icazə alması lazım gəlir.

M1

Amerika Birləşmiş Ştatlarında peşəkar və ya akademik olmayan bir məktəbdə davam edən beynəlxalq tələbələrə M1 vizası verilir. M1 tələbə vizası sahibləri tədris müddəti ərzində işləyə bilməzlə, buna görə də M1 vizası üçün müraciət edən tələbələrdən qaldıqları müddət ərzində təhsil haqlarını və yaşayış xərclərini ödəyə biləcəklərini sübut etmələri tələb olunur.

ABŞ universitetlərinə müraciət etmək üçün uyğun olmalı olduğunuz kriteriyalar var və ABŞ universitetləri bu kriteriyalar cəhətdən kifayət qədər sərt davranır. Bir sənəd belə tələbə tərəfindən universitetə verilməyibsə, digər bütün şeylər etibarsız hesab oluna bilər.

 

  • Doldurulmuş müraciət forması 
  • Orta məktəb attestatı (11 illik)
  • İngiliscə bacarıq sənədi (IELTS veya TOEFL)
  • Maliyyə dəstəyinin sübutu (I-20 forması ilə)

Tələbə müraciətinizin yanında adətən aşağıdakı sənədləri də təqdim etməlisiniz:

 

  • Göstərilmiş qaydada doldurulmuş və imzalanmış müvafiq müraciət forması
  • ABŞ universitetlərində qeydiyyatınız olduğunu göstərən I-20
  • Qalacağınız müddətdən ən az 6 ay sonrasına qədər etibarlı olan pasport
  • Yeni çəkilmiş sənəd üçün fotolar
  • Viza emal haqlarının ödənilməsinin sübutları
  • DS-160 təsdiq səhifəsi
  • Yaxşı niyyətli bir tələbə olduğunuzu göstərən sənədlər
  • XİDMƏT üçün müraciiət haqqının ödənilməsi
  • Sponsorluq barədə sənədlər
  • Məbləğlərin istifadə oluna biləcəyiniz göstərən sənədlər

Tələbə vizanız üçün emal müddəti:

Tələbə vizası müraciətiniz adətən viza görüşünüz zamanı təsdiqlənir və ya rədd edilir. Tələbə vizanız təsdiqlənərsə, pasportunuzu ABŞ tələbə vizanızla birlikdə 7 və ya 10 iş günü ərzində alacaqsınız. Ancaq müsahibə alanların çoxu müraciətinizin təsdiqlənməsi və ya rədd edilməsi barədə sizi məlumatlandırmayacaq və pasportunuzu alana qədər gözləməli olacaqsınız.

Həmçinin, ABŞ tələbə vizası müsahibəniz zamanı pasportunuzu, I-20 formanızı və yanınızda digər bütün əlaqədar sənədləri yanınızsa saxlamağı unutmayın. Miqrasiya şöbəsində bu sənədlərə ehtiyacınız ola bilər.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın