Yüklənir...

shape shape shape shape

ABŞ-da universitet seçərkən nələrə fikir verməli

ABŞ-da universitet seçərkən nələrə fikir verməli

Amerika Birləşmiş Ştatlarındakı 4000 kollec və universitet arasından birini seçmək çox çətin görünə bilər. Universitetinizi seçərkən nəzərə almalı olduğunuz bəzi vacib xüsusiyyətlər var. Bu xüsusiyyətləri universiteti seçərkən diqqətlə nəzərdən keçirməlisiniz, çünki verəcəyiniz qərar həyatınızdakı ən əhəmiyyətli qərarlardan biri olacaq. Aşağıda təhsil almaq istədiyiniz universiteti seçərkən qərarınızı formalaşdırmağınıza kömək edəcək bəzi tösviyələr var.

1. Nüfuz

Məzunları şirkətlər tərəfindən tanınmayan bir universitetdə oxumaq istəməzsiniz. Bu səbəbdən də, seçdiyiniz universitetin ən azı ölkə daxilində tanınmasına və ona etibar edilməsinə əmin olmalısınız. Buna görə də universitetinizi seçərkən diqqət etməli olduğunuz ilk şey məzun olduqdan sonra diplomunuzun tanınacağı bir universiteti seçməyinizdir.

2. Yerləşməsi

Universitetinizin yerləşdiyi yer əhəmiyyət daşıyır. Özünüzə bu sualları verməlisiniz: “Universitet şəhər, yoxsa şəhərdən kənar ərazidə olmalıdır?”, “Kampusdan kənarda və ya yaxınlıqda yerli təcrübə fürsətləri tapa biləcəyəm?” Əgər seçdiyiniz universitet bu sadə suallara sizi razı salacaq formada cavablaya bilirsə, deməli doğru istiqamətdə gedirsiniz.

3. Maliyyə uyğunluğu

Bu elə bir məsələdir ki, bəzi tələbələr yuxarıda sadalanan xüsusiyyətlərdən əvvəl bunu nəzərə almalı ola bilərlər. Təbii ki, ABŞ-dakı universitetlərdən söhbət gedirsə, bəzi tələbələrin geri çəkilib xəyallarını tərk etməsi aydın məsələdir. Təhsil haqqından tutmuş yaşayış yeri, kitab və yemək xərclərinə qədər hər şeyi nəzərə almalı olacaqsınız.

4. Universitetin böyüklüyü və müxtəlifliyi

10 min tələbəsi olan universitetdə, yoxsa 1000 tələbəsi olan universitetdə oxumaq istəyən bir insansınız? 20 tələbəlik bir sinifiniz, yoxsa 200 tələbəlik bir sinifiniz olmasını istəyirsiniz? Bunlar özünüzə verməli olduğunuz suallardır, seçimlərinizə uyğun gəlməyən variantları çıxarmalı ola bilərsiniz. Müxtəliflik beynəlxalq tələbələr üçün də vacibdir, çünki yalnız amerikalı tələbələrin olduğu və sizin kənarda qaldığınızı hiss etməyinizə səbəb olacaq bir universitetdə oxumaq istəməzsiniz. Müxtəliflik universitetlərin beynəlxalq tələbə ofisinə, beynəlxalq tələb klubuna və çoxmədəniyyətli tədbirlərə öyrəşməyinizə və bunlarda iştirak etməyinizə, dünyanın hər yerindən olan tələbələrlə tanış olmağınıza imkan verən bir universitet deməkdir.

5. Universitetin əlavə imkanları

Unutmaq olmaz ki, sadəcə dərs oxumayacaqsınız, eyni vaxtda universitetdə ən azı 2 il yaşamalı olacaqsınız, bu da o deməkdir ki, universitetdəki əlavə imkanları da nəzərə almalı olacaqsınız. Tələbə yataqxanası seçimlərini, öyrənmə mərkəzləri, kitabxanalar və hətta idman mərkəzləri seçimlərini araşdırmaq daha yaxşı bir universitet seçməyinizə kömək edəcək.

6. Fürsətlər

Akademik həyatınızın sadəcə dərslərdən ibarət olmamasını istəyirsinizsə, lazım olan digər şeyləri də nəzərə almalısınız. İştirak edə biləcəyiniz könüllü fəaliyyətlər, təcrübə və ya başqa ölkəyə köçürmə proqramı haqqında universitetin veb-saytına nəzər salın. Bu fəaliyyətlərə tarixçənizi yaxşılaşdırmağınıza kömək edəcək və CV-nizi iş görüşməsində də fərqləndirən cəhətlər olacaq.

Ümid edirik, bu sadə tövsiyələrin köməyi ilə ən sevdiyiniz universitetə qərar verə bilərsiniz. Unutmayın ki, universitet seçimi yalnız universitetə getdiyiniz müddətdən ibarət olmayacaq. Bu, sonrakı bütün həyatınıza təsir edən bir seçim olacaq.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın