Yüklənir...
Qabaqcıl yerləşdirmə proqramı olaraq da adlandırılan Advanced Placement (AP) ABŞ-da tətbiq olunaraq bütün dünyaya yayılan, təhsilin mükəmməlliyini hədəf alan güclü və əhatəli bir proqramdır. ABŞ-dan başqa AP Proqramı 60-dan çox ölkədə həyata keçirilir və tanınır. Proqram tələbələrə xaricdəki universitetlərə müraciət, qəbul müddətində əlavə kurslardan azad olma üstünlüklərini təqdim edərkən, eyni zamanda liseydə keçdikləri kurslardan azad olmaq və tam kreditlər, həmçinin endirim almaq şansı verir.
College Board 1900-cü ildə ABŞ-da qurulan, bir ali təhsil müəssisəsidir. Tələbələrin ali məktəbə qəbulunu təmin etmək üçün standart testlər, tədris planları və mənbələr hazırlayır. Advanced Placement də təklif etdikləri proqramlardan biridir və universitet öncəsi proqramı da adlandırıla bilər. Universitetə qəbul mərhələsində bir tələbənin litseydə AP kursları keçməsi və imtahanlardan uğurla başa vurması onun akademik təhsilə hazırlığının göstəricisi kimi qəbul edilir.
- İmtahanın məzmunu nədir?
AP imtahanlarının məzmunu kollec professorları və litseydəki AP müəllimlərindən ibarət şura tərəfindən hazırlanır. Hər AP imtahanı iki hissədən təşkil olunmuş çoxsaylı suallara qısa cavab və ya inşa tərzi suallardan ibarətdir. İmtahanın müddəti və imtahandakı sualların sayı seçilmiş mövzuya görə dəyişir. Çoxsaylı seçim sualları kompüterlə, inşa və qısa cavab sualları isə müəllimlər tərəfindən qiymətləndirilir.
- İmtahanı nə vaxt verə bilərik?
AP imtahanları ildə bir dəfə may ayında keçirilir. Bir və ya daha çox AP imtahanında iştirak etmək mümkündür və eyni imtahanı bir il sonra yenidən vermək imkanınız var.
- AP imtahanı necə qiymətləndirilir və nəticələr nə zaman məlum olur?
İmtahanda çoxsaylı suallar kompüter tərəfindən, qısa cavab və inşa tərzindəki suallar isə təcrübəli AP professorları və universitet müəllimlərindən ibarət komitə tərəfindən dəyərləndirilir. İki hissənin cəmi olan AP nəticələri 1 ilə 5 arasındakı qiymət sisteminə görə qiymətləndirilir. 3 AP imtahanı verən və hər birində 5-dən minimum 3 alan şagirdlər AP Təqaüdçüsü adına sahib olacaqlar. İmtahan nəticələri iyul ayında tələbələrə və universitetlərə göndərilir. Nəticə hesabatları məcmu xarakter daşıyır, yəni bir tələbənin bu günə qədər apardığı bütün AP imtahan nəticələrinin cəmini göstərir.
- Oxuduğunuz məktəb/litsey AP kursları təklif etmirsə nə etməlisiniz?
Çox təəssüf ki, hər məktəb və ya lisey Advanced Placement (AP) proqramını təklif etmir. Bəzi şagirdlər AP kurslarına girə bilməmələrinin qəbul şanslarına zərər verəcəyindən narahat ola bilərlər. Narahatçılığa heç bir səbəb yoxdur.
Azeri Student komandası olaraq təklif edəcəyimiz kurslar təhsilinizə beynəlxalq bir ölçü qatacaq. Təklif edəcəyimiz proqramlar tələbələrə hələ orta məktəbdə oxuyarkən universitet səviyyəsində kurslar keçmək, həm kursların məzmunu, həm tədrisi, həm də bilikləri ölçmə qaydaları ilə universitetdəki bu kurslardan azad olmaq imkanı təqdim edəcəkdir.
Uğurla bitirəcəyiniz AP proqramı sayəsində xaricdəki universitetlərə qəbul şansınız çox daha asan olacaqdır. Təhsilinizi sürətləndirmək və çox yüksək beynəlxalq etibarlılığı olan bir proqrama yazılmaq istəyirsinizsə bizimlə əlaqə saxlamağa tələsin!