Yüklənir...

shape shape shape shape

Algonquin College

Algonquin College

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqıCAD$ 22.000+
  • Kollecin reytinqi: Kanadada 263
  • QS reytinqi: 189
  • Qəbul tələbi: IELTS 6.5+, TOEFL 88+

 

Ətraflı məlumat

Algonquin College, Kanadanın ən nüfuzlu təhsil müəssisələrindən biridir. 1967-ci ildə qurulmuş bu kollecin üç əsas kampusu var: Ottawa, Pembroke və Perth.

Kanadanın paytaxtı Ottavada əsas korpusu yerləşən Algonquin College, tələbələr üçün çoxmədəniyyətli və dinamik kampus mühitinə sahibdir. Bu mühit, tələbələrin fərqli mədəniyyətlərlə qarşılıqlı əlaqədə olaraq geniş bir perspektiv qazanmalarına imkan yaradır. Kollec, texnoloji infrastruktur və müasir tədris üsulları ilə tələbələrinə ən yenilənmiş və yüksək keyfiyyətli təhsil vermək üçün daim inkişaf edir. Xüsusilə tətbiqi öyrənməyə verdiyi əhəmiyyətlə, tələbələrini həm nəzəri biliklərlə təmin edir, həm də praktiki bacarıqlar qazandıraraq iş dünyasına hazırlayır.

Təhsil keyfiyyəti, tələbə yönümlü yanaşması və məzunlarının əldə etdiyi nailiyyətlərlə Algonquin College, dünya miqyasında ən çox maraq duyulan təhsil müəssisələrdəndir.

Algonquin College tədris proqramları

Diploma Programs:

  • Business - Accounting
  • Computer Programming
  • Early Childhood Education
  • Game Development
  • Graphic Design

Advanced Diploma Programs:

  • Business Administration - Marketing
  • Computer Engineering Technology
  • Electrical Engineering Technology
  • Mechanical Engineering Technology
  • Civil Engineering Technology

Certificate Programs:

  • Personal Support Worker
  • Medical Device Reprocessing
  • Office Administration - Executive
  • Web Development and Internet Applications

Bu proqramlar kollecdəki ən məşhur proqramlardan bəziləridir. Kollecdəki digər proqramlar haqqında məlumatları əldə etmək üçün kollecin rəsmi veb-saytını ziyarət edə bilərsiniz.

Algonquin College ortalama təhsil haqqı

Algonquin College beynəlxalq tələbələr üçün illik təhsil haqqı CAD$ 20.000-29.000 aralığındadır.

Təhsil haqqı hər il proqramdan asılı olaraq dəyişir.

Qəbul üçün lazım olan sənədlər

  • Attestat və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Qısa müddətli kurslar, sertifikatlı proqramlar üçün əvvəlki təhsil səviyyəsinə aid diplom və transkripti.
  • Referans məktubları: Minimum 1 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.5
  • TOEFL: Minimum ümumi 88 bal
  • CAEL: Minimum ümumi 70 bal

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Algonquin College təqaüd imkanları

Algonquin College, beynəlxalq tələbələrə təhsil xərclərini qarşılamaqda dəstək olmaq üçün müxtəlif təqaüd və maliyyələşdirmə imkanlarına sahibdir. Kollecdə mövcud olan təqaüd proqramlarından bəziləri bunlardır:

Algonquin College International Student Scholarship: Akademik göstəriciləri yüksək, liderlik keyfiyyətləri olan və sosial aktivliyi olan beynəlxalq tələbələrə verilir.

Entrance Scholarships for New Students: Yüksək akademik göstəricilərə malik beynəlxalq tələbələrin ilk il təhsil xərclərini qarşılamağa kömək etmək üçün verilir.

Program-Specific Scholarships: Müəyyən bir sahədə təhsil alan tələbələrə verilən təqaüddür. Təqaüdün şərtləri müraciət olunan proqramdan asılı olaraq dəyişir.

On-Campus Scholarships: Akademik nailiyyətlər, könüllülük proqramlarında aktiv olan, idman və digər tələbəlik fəaliyyətlərində fərqlənən tələbələrə verilir.

Financial Aid: Kollec maddi etiyacı olan tələbələrə maliyyə dəstəyi göstərən müxtəlif yardım proqramlarına sahibdir. Bu dəstək tələbə kreditləri, təqaüdlər və digər maliyyə dəstəklərini əhatə edir.

Kollecdə mövcud olan təqaüdlər haqqında ətraflı məlumat üçün kollecin veb-saytından “Awards and Scholarships” səhifəsinə keçid edə bilərsiniz.

Algonquin College tələbə həyatı

Algonquin College-də tələbə həyatının maraqlı olması üçün hər bir şərait yaradılıb. Kollec tələbələrin akademik uğurlarını dəstəkləməklə yanaşı, onların şəxsi inkişafına və sosial təcrübələrinə də böyük əhəmiyyət verir. Burada tələbələrin maraq və ehtiyaclarını qarşılamaq üçün geniş spektrda fəaliyyətlər, birliklər, idman proqramları və xidmətlər mövcuddur.

Kampus

Algonquin College, Ottawa, Pembroke və Perth kampusları ilə tələbələrə geniş imkanlar təqdim edir. Əsas korpus olan, Ottawa kampusu, tələbələrə şəhərin mərkəzinə yaxın, müasir və geniş təhsil mühitinə sahibdir.

Hər üç korpusun hər biri tələbələr üçün tədris mərkəzləri, kitabxanalar, laboratoriyalar, yeməkxanalar, idman zalları və tələbə yataqxanaları kimi müxtəlif imkanlarla təchiz olunub.

Həmçinin, kampusda tələbələrin dincəlməsi və əylənməsi üçün xüsusi məkanlar da yaradılıb.

Tələbə birlikləri və təşkilatlar

Kollecdə tələbələrin maraq dairələrinə uyğun gələn çoxsaylı birliklərə və təşkilatlara ev sahibliyi edir. Tələbələr, akademik, mədəni, idman və digər sahələrdə fəaliyyət göstərən birliklərə qoşularaq, həmfikir insanlarla tanış ola, yeni bacarıqlar qazana və dəyərli təcrübələr əldə edirlər.

Bu birlik və tələbə klubları, tələbələrin kollecdəki həyatını daha maraqlı və mənalı etmək üçün müxtəlif tədbirlər və fəaliyyətlər təşkil edir.

İdman

Tələbələr kollecdə basketbol, voleybol, futbol və daha çox idman növlərində iştirak edirlər. Kampus daxilində yerləşən idman zalları və fitness mərkəzləri, tələbələrin sağlam qalmasına və aktiv həyat tərzini davam etdirməsinə kömək edir.

Kollec həmçinin, tələbələrin idman yarışlarında iştirak edə biləcəyi komandalar və liqalar təşkil edir.

Dəstək xidmətləri

Algonquin College-in hər bir korpusunda tələbələrin akademik və şəxsi ehtiyaclarını qarşılamaq üçün bir çox xidmətlər mövcuddur. Bu xidmətlərə akademik məsləhət, karyera məsləhətləri, psixoloji dəstək, sağlamlıq xidmətləri və maliyyə yardımı daxildir. Tələbələr, bu xidmətlərdən istifadə edərək təhsil həyatlarını asanlaşdıra və qarşıya çıxan çətinlikləri asanlıqla aradan qaldırırlar.

Sosial mədəni fəaliyyətlər

Kollecdə il ərzində müxtəlif sosial tədbirlər, festivallar, sərgilər və seminarlar keçirilir. Bu tədbirlər, tələbələrin bir-birilə əlaqə qurmasına, kollecdən kənar əlaqələrini genişləndirməsinə və yeni təcrübələr qazanmasına imkan yaradır.

Algonquin College haqqında ətraflı məlumat və təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test