Yüklənir...
Almaniya beynəlxalq tələbələr üçün qlobal cəhətdən olduqca populyar və dünya universitetlərinin nailiyyət sıralamasında ən yuxarı yerləri tutan universitetlərin yerləşdiyi bir ölkədir. Xaricdə universitet oxumağa qərar verdikdə Almaniya və əslində digər bütün ölkələrdə etməli olduğunuz ilk şey hansı bakalavrı hansı ixtisas üzrə oxuyacağınız və bu ixtisası ən yaxşı hansı universitetdə öyrənə biləcəyiniz barədə düşünmək olmalıdır. Bu iki sualın cavabını dəqiq və əminliklə verə bilirsinizsə, əslində xaricdə universitet oxumaq üçün böyük bir addım atmış sayılırsınız.
Almaniyadakı universitetlər də hər ölkədə olduğu kimi dövlət və özəl olmaqla iki yerə ayrılır. Dövlət universitetlərinin ən əsas xüsusiyyəti odur ki, həm öz vətəndaşlarının, həm də beynəlxalq tələbələrin bakalavr təhsili müddətində ali təhsil müəssisəsinə heç bir təhsil haqqı ödəmir. Elə bu xüsusiyyət Almaniyada universitet oxumağın daha cəlbedici olmasına səbəb olur.
Almaniyada universitet təhsili və müddəti
Almaniyada universitet təhsili müddəti 3 ildən ibarətdir. Ancaq Almaniyadakı dövlət universitetlərində təhsil almaq istəyirsinizsə, tədris dili alman dili olacaq və əgər alman dili bacarıqlarınız lazımi səviyyədə deyilsə, 1 il də əlavə olaraq dil hazırlığı keçməli olacaqsınız. Həmçinin Almaniyada ingiliscə təhsil almaq istəyirsinizsə, özəl universitetləri seçə bilərsiniz. İngiliscə təhsil almaq üçün IELTS xalınızın 6.0-dan yuxarı olması tələb olunur. Əgər siz alman dili və ya ingiliscə dil biliklərinizi xarici dil imtahanlarında uğurla sübut edə bilsəniz, Almaniyadakı universitet təhsilini 3 ilə tamamlaya bilərsiniz.
Almaniya universitetlərinə müraciət edərkən nələri bilməliyəm?
Hər ölkədə olduğu kimi Almaniyada da universitetə müraciət edərkən tələb olunan bəzi sənədlər var. Bu sənədləri aşağıda görə bilərsiniz.
Qəbul olunduğunuz universitet sizdən başqa diplom və ya sənəd də tələb edə bilər, bu universitetdən asılıdır. Həmçinin universitetə müraciətinizə müsbət cavab aldıqdan sonra tələbə vizası almaq üçün konsulluğun tələb edəcəyi əlavə sənədlər də olacaq.