Yüklənir...
Universitet haqqında
Amerika Universiteti Vaşinqton, ABŞ-ın paytaxtındakı xüsusi universitetdir, 1893-cü ildə təsis edilmiş, ölkənin öndə gedən universitetlərindən biridir. Siyasət, Beynəlxalq Münasibətlər, Dövlət İdarəetməsi və Biznes proqramları ilə tanınır.
ABŞ-ın 6 prezidenti universitetin Qəyyumlar Şurasının üzvü olublar. Con Kennedi və Barak Obama da daxil olmaqla bir çox prezident, kampusda tələbəllərin qarşısında şəxsən çıxış ediblər. Universiteti bitirən 10 məzundan 9-u, məzun olduqdan sonra 6 ay ərzində təhsil aldığları ixtisas üzrə iş ilə təmin edilir və ya aspiranturada təhsilini davam etdirir.
Məzunlar Pepsico, Deloitte, Boeing, YouTube, Apple, Associated Press, Amazon, Condé Nast, Dünya Bankı, BMT, Beynəlxalq Valyuta Fondu və digər şirkətlərdə çalışırlar. Kampusda 40-dan çox tədqiqat mərkəzi və institut var. Universitetin 200-dən çox klub və təşkilatları mövcuddur.
Tədris
Universitet əcnəbi tələbələrə müxtəlif bakalavr və magistr proqramları təklif edir.
Dilin inkişafı üçün əlavə hazırlıq proqramı
Müddət - 1 semestr və daha çox.
Bakalavr
Minimal 53.000$
Magistratura
Minimal 22.000$
* Qiymət seçdiyiniz proqram və ixtisasdan asılı olaraq dəyişir.
Giriş tələbləri
Bakalavr:
* Tələblər proqram və seçilən ixtisasa görə dəyişir.
Magistratura:
Ünvan
4400 Massachusetts Avenue, NW
- Kampus hərəkətli və canlı Vaşinqton şəhərinin mərkəzində olmasına baxmayaraq ərazisi yaşıllıqdır.
- Kampusda təhsil binaları, yaşayış yerləri, idman meydançaları (futbol və voleybol sahələri, tennis kortları), teatr və incəsənət mərkəzi, media mərkəzi, açıq amfiteatr, muzey kimi mərkəzlər mövcuddur.
Tələbə həyatı
Tələbələr, kampusda 2 nəfərlik otaqlarda yaşayırlar. Otaqlar, lazımlı mebel və kondisioner ilə təchiz olunmuşdur. Milliyətindən asılı olmayaraq, tələbələrin hamısı eyni mühitdə olurlar. Tələbələrin xidmətinə çamaşırxana, mətbəx, istirahət otağı, idman zalı kimi məkənlar da mövcuddur.
- Kampus daxilindəki yaşayış yerləri
- 2-3 nəfərlik rahat otaqlar