Yüklənir...

shape shape shape shape

Amerikada universitet oxumaq üçün 7 əsas səbəb

Amerikada universitet oxumaq üçün 7 əsas səbəb

Son bir neçə ildə ABŞ dünyanın hər yerindən gələn tələbələr üçün ən populyar universitet məkanlarından birinə çevrilib. Xaricdə təhsili planlaşdırarkən hərəkətə keçməzdən əvvəl müşahidə aparmaq vacibdir. Xaricdə ali təhsilə başlamazdan əvvəl məlumatlı bir qərar vermək çox vacibdir. QS universitet sıralamasının son hesabatına əsasən ABŞ keyfiyyətli təhsili ilə tanınan lider bir ölkə kimi fərqlənir. ABŞ həm də tələbələrə akademik və mədəni tərcihlərinə əsaslanaraq müxtəlif seçimlər də təqdim edir. Beynəlxalq tələbələr təhsil almaq üçün niyə ABŞ-ı seçir? Bu sualı cavablandırmaq üçün tələbərin Amerikada təhsil almağı seçmə səbəblərini 7 maddədə sıralamışıq.

1.Dünyaca məşhur akademik təhsil

Amerikada universitetdə oxumaq dedikdə keyfiyyətli bir təhsil ağla gəlir. ABŞ-da verilən təhsil beynəlxalq səviyyədə tanınır. Ərazisində 4000-dən çox universitet olan Amerika Birləşmiş Ştatları dünyanın ən yaxşı universitetlərindən çoxunu özündə ehtiva edir. Universitetlər və ali məktəblər bütün akademik sahələrdə müxtəlif dərəcələr və kurslar təklif edir. Təbələr ABŞ-da bakalavr və magistr dərəcələri üzrə özlərinə ən uyğun gələn proqramı tapa bilərlər. ABŞ-dan alınmış bir diplom ən yaxşı təhsili verdiyi üçün dünya səviyyəsində qəbul edilir. ABŞ-ın 16 universiteti son sıralamalara əsasən dünyanın ən yaxşı 20 universiteti arasında yer tutur.

2. Akademik elastiklik

Amerika ali təhsil sistemi tələbələrə ehtiyac və maraq dairələrinə görə elastik seçimlər təqdim edir. Bakalavr səviyyəsində tələbələr ikinci ilin sonunda ixtisaslarını seçməzdən əvvəl müxtəlif dərsləri seçə bilərlər. Bu, tələbələrə maraq dairələrini kəşf etmək üçün vaxt və seçim təqdim etmək deməkdir. Buna görə də, əgər bir tələbə ixtisas məsələsində qərarsız qalıbsa, ABŞ-da bu heç vaxt bir problemə çevrilməyəcək. Əlavə olaraq tələbə nə oxumaq istədiyinə əvvəlcədən qərar veribsə, yenə də başqa dərs götürə bilər və “iki ixtisaslı” proqramından faydalana bilər, yəni normal dörd illik təhsil müddəti ərzində iki ixtisas üzrə diploma sahib olmaq imkanı var.

ABŞ-da oxumaq xəyallarını gerçəkləşdirən tələbələr magistr mərhələsində təhsillərinə akademik məqsədlərinə uyğunlaşması üçün fərdiləşdirə bilərlər. Beləcə tələbələr burada akademik maraq dairələri üçün vacib olan fikir və anlayışları akademik təqvimlərinə istədikləri vaxt daxil etmək azadlığına sahib olurlar.

3. Texnologiyanın asan istifadəsi

ABŞ texnologiyasının inkişafı ilə fəxr edir və təhsil sisteminin hər sahəsinin ən son texnologiya ilə yaxşı şəkildə təchiz edilməsinə nail olub. Bu, məlumatlara və digər texnologiyalara əlçatanlığın asan olması nəticəsində tələbənin həyatını daha da asanlaşdırır. Texnologiya araşdırma və inkişaf sahəsində böyük rol oynayır. Amerikan universitetlərinin öyrənmə əyrisinə yeni metodlar və bacarıqlar əlavə etməklə müəssisələrin və tələbələrinin ən yaxşı şəkildə irəliləyişini təmin etmək üçün hər sahədə ən yaxşı seçimləri təqdim etməsi aydın olur. Əgər tələbələr texnologiya və informatika sahəsində qabağa getmək istəyirlərsə, xüsusilə də onlar üçün ABŞ-da oxumaq əla bir seçimdir.

4. Karyera fürsətləri

Beynəlxalq bir dərəcə, müxtəlif növlü karyera fürsətləri təqdim edir və tanınmış universitetlərdən alınan bir bakalavr/magistr diplomu əhatəni daha da artırır. ABŞ universitetləri tərəfindən təqdim edilən müxtəlif iş sahələri ilə bağlı müxtəlif məlumatlara görə tələbənin seçdiyi karyera yolunun əhatəsi genişlənir və beynəlxalq şirkətlərin də məhsullarına fərqli bir baxış bucağı axtardığı və ya üstünlüklər təqdim edən namizədləri axtardığı hamımıza məlumdur. Buna görə də ABŞ-da oxuyub alınan bir diplom tələbəyə təkcə bir sənəd yox, həm də rəqibləri arasında seçildiyi üçün böyük iş fürsətləri təqdim edir.

5. Araştırma və təhsil imkanları

ABŞ universitetləri beynəlxalq tələbələrə magistr mərhələsində araşdırma və tədris imkanları təqdim edir. Tələbə bir professorun köməkçisi kimi çalışa bilər, bu da öz sahəsini maliyyələşdirməsinə kömək edə bilər, eyni zamanda da bilik və bacarıqlarını artırar. Tələbələr professorlara müxtəlif layihələr üzərində araşdırma etməyə kömək edə bilərlər və beləcə tələbələr seçdikləri sahə üzrə ən yaxşıları ilə işləmək fürsəti əldə etmiş olurlar.

6. Beynəlxalq tələbələrə yardım və dəstək

Beynəlxalq tələbələrin universitetdəki yeni tələbə həyatına əməl etmələri və ya öyrəşməsi çətindir. Buna görə də əksər ABŞ universiteti yaşayış yeri, viza vəziyyəti, karyera fürsətləri və s. ilə bağlı vəziyyətinin nə yerdə olmasından asılı olmayaraq bütün tələbələr üçün yaxşı rəhbərlik və dəstək təmin edir. Tələbələr bu təqaüdlərə və digər fürsətlərə seçəcəkləri universitet, yaxud da xaricdə təhsil üzrə məsləhət xidmətləri ilə müraciət edə bilərlər.

7.  Amerika mədəniyyəti və kampus hayatı

Amerika cəmiyyətinin azadlığın, əyləncənin və fürsətin vətəni olduğunu tez-tez eşidirik və bu, həqiqətən də doğrudur. Bir tələbə ABŞ-da universitet oxumağa qərar verdikdə bu ona sözün əsl mənasında mükəmməl fürsətlər və azadlıq gətirəcək.

Tələbələr üçün universitet həyatı yalnız dərslər və imtahanlarla bağlı olmur, şəxsiyyətlərinin də bir hissəsinə çevrilir. ABŞ-da universitet təhsilinə bu qədər üstünlük verilməsinin səbəbi də əslində bundan ibarətdir. Çünki tələbələr burada dostluq qurmaq və universitet həyatından zövq almaq üçün bir çox maraqlı şəraitə malik olacaqlar. ABŞ-da oxuyan tələbələr maraq dairələrinə əsasən təcrübə qazanmağın bir çox yolunu tapa bilirlər.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın