Yüklənir...

shape shape shape shape

Beynəlxalq universitet seçərkən nələrə diqqət yetirməli

Beynəlxalq universitet seçərkən nələrə diqqət yetirməli

Xaricdə təhsil almağa qərar verməyin ən həyəcanlı cəhətlərindən biri dünya səviyyəsində minlərlə universitetin daxil olduğu bir siyahıdan seçim edə bilməyinizdir. Bu ali təhsil müəssisələrinin hər biri onlarla fərqli ixtisaslar təqdim edir və nəyi və ya harada oxumaq istədiyinizi anlamağa başlamaq belə çətin ola bilər. Aşağıda sizin axtarışa başlamağınıza və seçim etməyinizə kömək edəcək tösviyələri paylaşmışıq.

Həm beyninizi, həm də ürəyinizi dinləyin

Ağlınız və ürəyiniz sizi fərqli istiqamətlərə apara bilər, ancaq hər ikisinin də əhəmiyyəti var. Çox vaxt birbaşa həvəsiniz olan istiqamətə gedib başlamaq, daha sonra isə diqqətlə bu barədə düşünməyə başlamaq ən yaxşı metod ola bilər.

Diqqətlə araşdırın və birdən çox mənbədən istifadə edin

Xaricdə oxumaq bir ildən dörd ilədək davam edə bilər və kifayət qədər bahalı ola bilər, ancaq bu, əlbəttə yatırım etməyinizə dəyəcək və həyatınızı dəyişdirəcək bir macəraya çevriləcək. Rəsmi məlumatlar üçün universitetlərin veb-saytlarını və tələbələrin fikirlərinə daha geniş şəkildə baxmaq üçün tələbə forumlarından istifadə edin.

Bu əsas qaydalara əməl edin və sonrakı addımların da işə yaradığını görəcəksiniz!

"Əsas” ehtiyaclarınızı müəyyən edin

Nələri mütləq etmək istədiyinizə və ya nələrdən imtina etmək istədiyinizə qərar verərək araşdırma sahənizi kiçildin. Məsələn, bəlkə də tədris dilinin ispan dili olduğu bir universitetdə xaricdə oxumaq istəyirsiniz? Bəs büdcəniz nə qədərdir? Universitet yaxın olsun, yoxsa bir neçə saatlıq məsafədə olmaq istəyirsiniz? Bu mərhələdə seçiminiz üçün bəzi konkret amilləri müəyyən etməyiniz ən yaxşı yoldur. Bunlar nəzərə ala biləcəyiniz amillərin nümunələridir:

 

Asiya qitəsindəki universitetlərə baxmayacağam

Böyük, sıxlıq olan şəhərlərdəki universitetlərə baxmayacağam

Yalnız prestijli universitetlər (ümumilikdə və ya konkret bir sahədə)

 

Bu addım xüsusilə də müxtəlif universitetlərdə olan ixtisasları təhlil etmək istəyirsinizsə, sizin üçün əlverişlidir. Xüsusilə nadir tapılan bir sahədə (dəniz arxeologiyası kimi) ixtisaslaşmaq istəyirsinizsə, çox güman ki, nəzərdən keçirməli olduqlarınızın az olduğunu görəcəksiniz.

Ən çətin məsələlərdən birinə gəlib çatdıq - ixtisas seçmək. Ümid edirik, ürəyinizdə hansısa ixtisas var, çünki nəyisə sıfırdan başlayaraq seçmək çətin olacaq. Bəyəndiyiniz və öyrənməkdə zövq alacağınız şeylərdən xəbəriniz olmalıdır. Məsələn, ədəbiyyət sevirsiniz, yoxsa riyaziyyat? Dayanmadan öyrənməyi sevirsiniz, yoxsa öyrəndiyiniz məlumatları tətbiq etməyi? Bu sualların cavabını tapmaqda çətinlik çəkirsinizsə, cavablamaq ən asan, ancaq ən təsirli suallardan üçünü sizinlə paylaşıram.

 

Ən çox hansı mövzuları öyrənməkdən zövq alırsınız?

Təhsiliniz müddətində hansı bacarıqlara yiyələnmək istəyirsiniz?

Konkret bir diplomun tələb olunduğu bir işdə işləmək istərdiniz?


Universitet sərgilərə və onlayn seminarlara qoşulun

Xaricdə sizin üçün mükəmməl bir universitet seçmək xeyli araşdırma tələb edəcək. Beynəlxalq tələbələr üçün bunların çoxu adətən onlayn və ya universitet broşüraları vasitəsilə baş tutur. Buna baxmayaraq, ən yaxşı variant həmişə universitetin bir təmsilçisi ilə şəxsən söhbət etməkdir, beləcə müəssisə haqqında ətraflı fikir formalaşdıra bilərsiniz və bütün suallarınızın cavabını tapa bilərsiniz.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın