Yüklənir...

shape shape shape shape

Birləşmiş Krallıqda universitet seçərkən nələrə fikir verməli

Birləşmiş Krallıqda universitet seçərkən nələrə fikir verməli

Birləşmiş Krallıqda universitet təhsili almaq bir çox universitet tələbəsinin xəyalıdır. Birləşmiş Krallıqda universitet seçməzdən əvvəl qərar verməli olduğunuz şey hansı təhsil pilləsində oxumaq istəməyinizdir. Beləcə, hansı universitetin sizin istədiyiniz təhsil proqramına daha uyğun olduğununa asanlıqla qərar verə bilərsiniz.

İngiltərənin ən yaxşı universitetlərinə şərtli qəbul imkanı

Birləşmiş Krallıqda olan hər bir universitetin yeni bir tələbə qəbul edərkən öz şərtləri var. Bu şərtlərdə bəzən istisnalar etmək olur. Bu vəziyyətə belə bir misal gətirə bilərik ki, bir universitetin IELTS bacarıq xalı 7.5 kimi təyin olunub, ancaq sizin aldığınız xal 7-dir, bu halda şərtli qəbul olunmaq üçün müraciət edə bilərsiniz. Niyyət məktubu və ya digər şəxsi uğurlarınızla ali təhsil müəssisəsini razı sala bilsəniz, razılaşma əsasında sizi şərtli formada qəbul edə bilərlər. Şərtli formada qəbul edildikdən sonrakı dövrdə sizə keçiləcək dərslərin hamısını uğurlu şəkildə başa vurduqdan sonra adi tələbə statusunu geri qazana bilərsiniz. Sizdən tələb olunan uğuru əldə edə bilməsəniz, ali təhsil müəssisəsindəki şərtli tələbə dövrünüz uğursuzluqla nəticələnəcək.

Birləşmiş Krallıqda universitet oxumaq üçün nə vaxt müraciət etməli? 

Orta məktəbin sonuncu sinfinə başlamısınızsa, İngiltərədəki istədiyiniz universitetə asanlıqla müraciət edə bilərsiniz. İngiltərədə universitet oxumaq üçün müraciətinizdən sonra hansı müəssisə olmasından asılı olaraq sizdən müxtəlif diplom və sənədlər tələb oluna bilər. Adətən tələb olunan sənədlər bunlardır:

 

  • Pasport/Viza kserokopiyası (əgər varsa)
  • Akademik qiymətlərdən çıxarış (Transkript)
  • Attestat
  • İngiliscə bacarıq imtahanı – IELTS/TOEFL/PTE və s.
  • Niyyət Məktubu (Personal Statement)
  • Tövsiyə məktubları
  • CV 
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın