ABŞ-da beynəlxaq tələbə kimi təhsil almış uğurlu şirkət qurucuları

Heç bilirsiniz Chobani, Instagram və SanDisk kimi nəhəng şirkətləri birləşdirən ortaq cəhətlər nələrdir? Bu şirkətləri birləşdirən ortaq cəhət, hamısının beynəlxalq tələbələr tərəfindən qurulmasıdır.Siz də bu uğur hekayələrindən ilham alın və sahibkarlıq fəalliyyətinizin ABŞ universitet dərəcələri ilə necə başlayacağını kəşf edin.

Sahibkarlıq, biznesin idarəsi çətin bir həyat səyahətidir, zəhmət və əzm tələb edir. Eyni zamanda fikirlərinizi həyata keçirmək və bütün dünyada məşhurlaşmaq üçün əla bir fürsətdir. Əgər siz öz işininizi qurmaq arzusu olan beynəlxalq tələbəsinizsə, ABŞ-da təhsil almaq sizi xəyallarınıza qovuşdura bilər. 91 milyard dollarlıq startaplardan 21-inin ABŞ-a ilk dəfə beynəlxalq tələbə olaraq gələn bir qurucusu olduğunu bilirdinizmi?Siz də bu şirkətlərdən və qurucularından ilham almaq üçün təhsil alın, böyük xəyallar qurmaqdan əsla qorxmayın.

 

Gəlin birlikdə ABŞ-da beynəlxaq tələbə kimi təhsil alan uğurlu şirkət qurucuları ilə tanış olaq.

 

Hamdi Ulukaya — Türkiyə

Ulukaya, 1994 -cü ildə US News & World Report 2021 tərəfindən ölkənin ən yaxşı kollecləri arasında göstərilən Adelphi University-də ingilis dili təhsili almaq üçün ABŞ-a gəldi. O zaman mövcud olan Amerika qatığının keyfiyyətindən razı qalmadı və Türk üslubunda qatıq hazırlamaq qərarına gəldi. İngilis dilində təhsil almasına baxmayaraq, risk alaraq Türkiyənin qatıq istehsalında ixtisaslaşan Chobani (yəni türkçə "çoban") markasını formalaşdırdı. Bu gün Chobani, süd emalı sahəsində nisbətən gənc bir müəssisə üçün böyük bir uğur əldə edən Dairy Foods -un 2020 -ci ilin prosessorudur.

 

Sanjay Mehrotra - Hindistan

Hindistanlı sahibkarlar arasında Mehrota inanılmaz dərəcədə uğur qazanmış bir şəxsdir. 1976-cı ildə Amerikaya köçən Sanjay Mehrotra, University of California-da Elektrik Mühəndisliyi və Kompüter Elmləri üzrə bakalavr və magistr dərəcələrini bitirmişdi. University of California hal-hazırda dünyanın ən yaxşı dördüncü universiteti olaraq tanınır (U.S. News & World Report, 2021). Daha sonra Stanford School of Business-dən Stanford Executive Program-ı üzrə məzun oldu və iki il boyunca Intel'de çalışdı.

1988-ci ildə Eli Harari və Jack Yuan (onlar eyni zamanda ABŞ-da təhsil alan mühacirlər idi) ilə birlikdə SunDisk şirkətini qurdu. Günü gündən artan rəqəmsal kamera bazarı üçün flash-memory saxlama cihazları hazırlamağa xüsusi diqqət yetirdilər. Həm portativ kameralar və həm də fərdi kompüterlər üçün hər cür flash-memory saxlama cihazlarını təqdim etdilər. Bu gün şirkət SanDisk olaraq nüfuz qazanmışdır. 2016 -cı ildə Western Digital şirkəti 19 milyard dollara bu şirkəti satın almışdır.

 

Mike Kreiger - Braziliya

Mike Kreiger 2004-cü ildə ABŞ-a səfər edərək, hal-hazırda dünyanın ən yaxşı üçüncü universiteti olan Stanford University’ə qəbul oldu. (U.S. News & World Report, 2021). Symbolic Systems (İnsan-Kompüter Qarşılaşması, Psixologiya, Fəlsəfə və Kompüter Elmləri) üzrə bakalavr və magistr dərəcələrini bitirən Kreiger, təhsil müddətində Microsoft şirkətində təcrübə keçməyə başladı.Təhsil aldığı müddətdə gələcək iş ortağı Kevin Systrom ilə tanış oldu. Polaroid fotoşəkilləri ilə maraqlanan Kreiger və Systrom, dünyanın hər yerində insanların fotoşəkillərini asanlıqla paylaşa biləcəyi smartfonlar üçün bir şəbəkə hazırlamaq arzusunda idilər. Bu hədəfə çatmaq üçün İnstaqram sosial şəbəkəsini hazırlamağa başladılar. Tətbiq qısa müddətdə bütün dünyada çox populyarlaşdı və 2012 -ci ildə Facebook şirkəti Instaqramı bir milyard dollara satın aldı. 2019-cu ildə Instaqramın gündəlik aktiv istifadəçilərinin sayı 500 milyonu keçmişdi. Facebook-dan ayrıldıqdan sonra, Instagram-ın qurucuları Kevin Systrom və Mike Krieger 2020-ci ildə yenidən birləşərək yeni bir məhsul olan Rt.live-yeni bir COVID yayılma izləyicisini təqdim etdilər!

 

David Hindawi - İsrailli mühacir

Hindawi, 1970 -ci ildə University of California, Berkeley’də Əməliyyat Araşdırması üzrə doktorluq dissertasiyasını müdafiə etmək üçün ABŞ -a gəldi. Diplom müdafiəsini bitirdikdən sonra, 1984 -cü ildə Software Ventures-i quraraq sahibkarlıq səyahətinə başladı. Daha sonra o, şirkəti satdı və 1997 -ci ildə ABŞ-ın ağ, masaüstü, mobil və server kompüterlərini idarə edən BigFix Inc-i qurdu. 2007 -ci ildə Hindawi, oğlu ilə ortaq olaraq rəqəmsal təhlükəsizlik və məlumat idarəçiliyi ilə məşğul olan son nöqtə təhlükəsizlik və sistem idarəetmə şirkəti olan Tanium-un əsasını qoydu. Artıq 2018 -ci ilə qədər Tanium-un dəyəri 6,5 milyard dolları aşmışdı.

  

Elon Musk — South Africa

Elon Musk 1992-ci ildə Pensilvaniya universitetində təhsil almaq üçün Amerikaya köçür. O burada biznes və fizikanı öyrənir. 24 yaşı olduqda qardaşı Kimbal Musk ilə Zip2 şirkətinin əsasını qoyur. 4 ildən sonra isə şirkət satılır. Musk buradan 7% səhm payı ilə 22 milyon dollar qazanır. Musk həmin ildə elektron ödənişlər ilə məşğul olan X.com şirkətinin əsasını qoyur. 2000-ci ilin mart ayında X.com Confinity şirkətini əldə edir və onun əsasında PayPal adlı pul köçürmə sistemini yaradır. PayPal-un uğur qazanacağına inanan Mask X.com şirkətini PayPal-a transformasiya etməyə başlayır. 2002-ci ildə PayPal Ebay-a satılır. Tesla Motors-un gələcək təsisçisi bundan 165 milyon ABŞ dolları qazanır. Bir təşəbbüskar olaraq səyahətinə davam edərək, evləri və nəqliyyatı tamamilə dayanıqlı enerji ilə təmin edilən bir cəmiyyət qurmaq arzusu ilə Teslanı qurur. Tesla bu vizyonu dəstəkləmək üçün elektriklə işləyən avtomobillər istehsal edir və evləri üçün günəş enerjisi ilə təmin edən həllər təklif edir.

O, həmçinin qabaqcıl raket və kosmik gəmilərin layihələndirilməsi, istehsalı və buraxılması ilə məşğul olan SpaceX şirkətinin qurucusudur. İnsanların maşınları düşüncələri ilə idarə etmələrini təmin etmək məqsədi daşıyan Neuralink layihəsi və müxtəlif nəqliyyat tunel şəbəkələri quran The Boring Company kimi yenilikçi yeni müəssisələr qurmağa davam etdi.

Bu gün Musk, bu şirkətlərin baş direktoru olaraq fəaliyyət göstərir, investorların Teslanı təxminən 650 milyard dollar dəyərində qiymətləndirdiyi və SpaceX'in 100 milyard dollardan çox olduğu təxmin edilir. Tez-tez dünyanın ən zəngin adamlarının siyahısına adını yazdıran Musk, 2021 -ci ildə ən zənginlər sırasında ən yüksək yeri tutur.

 

Gələcəyin sahibkarları olaraq öyrənəcəyiniz proqramlar

 

Sahibkar olmaq istəyən sahibkarlar üçün güclü bir iş fikrinə sahib olmaq vacibdir, bu fikrin müəyyən bir problemi necə həll edə biləcəyi, eləcə də işinizin məhsulu və ya xidməti üçün potensial bazarı tanımaq çox önəmlidir. Siz də xaricdə universitet təhsili alaraq güclü bir ağılla, sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə, güclü əlaqələr qurmağa və öz işini qurmağa kömək edəcək bir dərəcə qazana bilərsiz.

Məsələn, rəqəmsal təhlükəsizlik işinə başlamaq istəyirsinizsə, iş təcrübəsi olan Kompüter Elmləri üzrə bakalavr təhsili almağı düşünün. Marketinq üzrə bakalavr dərəcəsi isə reklam şirkəti üçün uyğun ola bilər.

Bəzi universitetlər başlanğıc ideyanızı reallaşdırmaq üçün biznes inkubatorlar və tələbə inkubatorları kimi xüsusi hazırlanmış proqramlar təklif edir. Sizə bəzi nümunələri təqdim edirik:


University of Massachusetts Boston - UMass Bostondakı Müəssisə İnkişaf Mərkəzi, beynəlxalq tələbələrə öz işlərini qurmaları üçün ilin istənilən vaxtında mentorluq, təqaüdlər və Cap-Exempt H-1B vizasına sponsorluq edir.


Louisiana State University - Tələbə Dəstək Mərkəzi, tələbələrə bazar araşdırması aparmaq, müştəri ehtiyaclarını və davranışlarını təhlil etmək və qaynaqlar təmin etmək kimi dəyərli bacarıqları öyrətməklə işlərini qurmağa kömək edir. 200-dən çox tələbə LSU-nun yenilikçi proqramları vasitəsilə startap fikirlərini inkişaf etdirmişdir.

 

University of Utah - Bir sahibkar olmaq üçün praktiki təcrübə qazanmaq istəyirsinizsə, University of Utah “Lassonde Center” öz iş konsepsiyanızı inkişaf etdirmək və işə salmaq üçün tam bir proqram təqdim edir! Tələbələr digər yaradıcılarla əlaqə qurmağa, prototiplər qurmağa və fikirlərini sınamağa kömək edəcək vasitələrə və proqramlara daxil ola bilərlər. Tələbələr qrant üçün müraciət edə və işlərini maliyyələşdirmək üçün pul mükafatları qazana bilərlər.

Sənaye yönümlü tələbə sahibkarlar üçün Mississippi Universitetinin İstehsal Mükəmməlliyi Mərkəzi, GE Aviation, Nissan, Toyota və daha çox kimi şirkətlərlə ortaq olaraq istehsalın aspektlərini öyrənmək imkanı təqdim edir.

 

Gələcəkdə bir sahibkar olaraq məqsədlərinizə çatmaq üçün beynəlxalq tələbə olaraq, hər bir proqramı diqqətlə araşdırmalı, ən yaxşı variantı seçməlisiniz.

 

ABŞ fəaliyyətə yeni başlayan şirkətlərə və sahibkarlara necə dəstək verir?

Sahibkarlıq fəaliyyətinin ABŞ-da maraqlı bir tarixi var, çünki Amerika uzun müddətdir yeni sahibkarlar üçün ən "işgüzar dost" ölkələrdən biri hesab olunur. Son illərdə ABŞ, Startup America və Sahibkarlığın Təşviqi kimi yeni başlayan şirkətlərə və sahibkarlara kömək etmək üçün təşəbbüslərə sponsorluq edir. 2020-ci ildə bütün çətinliklərə baxmayaraq, ABŞ sahibkarları son 10 ildə sürətlə yeni işlərə başlamışdılar.

ABŞ-ın bir çox əyalətlərində kiçik müəssisələrin qurulmasını təşviq etmək üçün korporativ gəlir vergisi dərəcələri aşağıdır. Vergi dərəcələrindəki bu azalmalar, şirkətinizin xərclərini başlanğıc mərhələlərində azaltmağa kömək edə bilər. Əlavə olaraq, ABŞ-da müxtəlif əqli mülkiyyətin qorunması qanunları, niş bazarlarında fəaliyyət göstərən kiçik biznesin daha böyük təşkilatlarla rəqabət aparmasına kömək edən şirkətlərin və sahibkarların orijinal fikirlərini, məhsullarını və xidmətlərini qoruyur.

2021 -ci ildə yeni prezident administrasiyası, sahibkarlara kömək etmək üçün kiçik biznesə qrantlar vermək və 50-dən az işçisi olan təşkilatlara maliyyə yardımı göstərmək kimi yeni siyasət həyata keçirməyi də planlaşdırır. ABŞ-da iş siyasətinin inkişafı üçün bu müsbət proqnozlarla sahibkarlıq səyahətinizi planlaşdırmağa başlamağın əsil vaxtıdır.

 

ABŞ-da təhsil almaq, güclü biznes mərkəzli bir mühitlə tanış olmaq və tələbə sahibkarlar üçün mövcud olan bir çox imkandan istifadə etmək üçün əla bir fürsətdir.

 

 

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər