Avropada təhsil sizə nə vəd edir?

 

Hər il dünyanın hər yerindən 3 milyondan çox tələbə Avropa universitetlərində təhsil almaq üçün bu qitəyə gəlir və bu say gün keçdikcə daha da artır. Avropa, hər kəsin təhsil almaq istədiyi, hər bir tələbənin xəyallarında canlandırdığı yerlərdən biridir. Buna səbəb minlərlə universitetin, tədqiqat mərkəzinin və ali təhsil müəssisələrinin burada dünya səviyyəsində təhsil verməsidir. Gəlin, birlikdə Avropa təhsil həyatının bizə nə vəd etdiyi ilə qısaca tanış olaq.

 

 

1. Karyera: Gələcəyinizi dəyişin!

Gələcək karyeranızda daha da irəli getmək istəyirsiniz? Dünya miqyasında QS 2011 Qlobal İşəgötürən anketinə görə işəgötürənlərin 70% -i işə qəbul edərkən beynəlxalq təhsil təcrübəsinə malik insanları fəal şəkildə axtardıqlarını və qiymətləndirdiklərini bildirdilər. Siz Avropada təhsil almaqla işəgötürənlərin maraqlandığı bacarıq, bilik və təcrübə əldə edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiniz. Avropa təhsili güclü beynəlxalq iş, tədqiqat və yaradıcılıq sektorları ilə karyeranızı qurmaq üçün əla bir seçimdir.

 

2. Dünya standartlarında təhsil: Tam potensialınıza çatın

Avropada siz dünyanın aparıcı universitetlərinə, ən yaxşı imkanlarına və ən üstün təhsil və təlimlərinə sahib olan, öyrənməyi sevən beynəlxalq bir cəmiyyətin mərkəzində olacaqsınız. Avropa universitetlərini bu qədər güclü edən, əsl potensialınıza gətirəcək yaradıcılığa, yeniliyə və dəstəyə vurğu etməlidir.

 

3. Araşdırma üzrə lider: Ən yaxşısı siz olun

Karyeranızı inkişaf etdirmək istəyən iddialı bir tədqiqatçı ruha sahibsiniz? O halda Avropa sizə ilham vermək üçün yüzlərlə imkanlar təqdim edir. 2019-cu ildə Avropa Birliyində 3,58 milyon tam zamanlı tədqiqatçı var idi. Növbəti 10 ildə isə Avropa Birliyi əlavə 1 milyon tədqiqatçı daha cəlb etməyi hədəfləyir! Avropadakı tədqiqat mövqeləri, maliyyələşdirmə və imkanlar haqqında müxtəlif vebinarlara qatılaraq daha çox məlumat əldə edə bilərsiniz.

 

4. Dəstək və dostluq: Özünüzü evinizdə hiss edin

Avropa dünyanın hər yerindən gələn beynəlxalq tələbələr üçün isti və mehriban bir mühit təqdim edir. Avropa universitetləri sizi xoşbəxt və öz evinizdəki kimi hiss etməyiniz üçün dəstək və sosial fəaliyyət göstərir. Ümumilikdə Avropa yaşamaq üçün mükəmməl bir yerdir. Heç bilirdinizmi, dünyanın ən xoşbəxt 10 ölkəsindən 7-si bu qitədə yerləşir.

 

5. Mədəni təcrübə: Bənzərsiz bir macəraya hazır olun

Avropada oxumaq təkcə mühazirələr və kitabxanalardan ibarət deyil. Avropada təhsil almaq həm də yeni ölkələr kəşf etmək və özünüzü tanımaq üçün misilsiz bir fürsətdir. Qarlı-şaxtalı şimaldan günəşli cənuba qədər nəfəs kəsən mənzərə, rəngli şəhərlər və canlı mədəniyyətlər burada sizi gözləyir.

 

6. Müxtəliflik: Arzuladığınız kimi təhsil alın

Avropanın ən yaxşı tərəfi, tələbələrə bir çox seçim təklif edə bilməsidir. Siz, yüz minlərlə bakalavr, magistr və doktorantura proqramı ilə yanaşı bir çox qısamüddətli mübadilə proqramı təklif edən dünya səviyyəli universitetlər, ali təhsil müəssisələri və tədqiqat institutlarında özünüzə uyğun təcrübəni seçə bilərsiniz.

 

7. Dillər: İngilis dilində misilsiz təhsil fürsəti

Avropa Birliyi 24 rəsmi dilə malikdir. Ancaq Avropadakı bir çox ölkənin ingilis dilli təhsil proqramları təklif etdiyini bilirdinizmi? Siz ingilis dilində təhsil alaraq, ingilis dilli ədəbiyyatdan rahatlıqla istifadə edə bilər, dünyanın istənilən ölkəsində çalışa bilər, beynəlxalq dostlarınızla daha rahat əlaqə qura bilərsiniz.

 

Beləliklə dostlar, siz də Avropanın misilsiz gözəlliklərə və mükəmməl təhsilə malik universitetlərindən birini seçərək gələcəyinizi bu gündən formalaşdırın, dünya lideri universitetlərdən birində təhsil alın.

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər