Big Ben, Beatles və ingilis çayı...

Xaricdə harada təhsil alacağınıza dair seçim etmək son dərəcə çətin bir qərar ola bilər. Çox inanılmaz, füsunkar şəhərlər, ölkələr bu seçimi çətinləşdirən amillərdən biridir. Xaricdə təhsil almaq üçün ən populyar yerlərdən biri də sözsüz ki, İngiltərədir. Gəlin birlikdə bu ölkə ilə bir az da olsa tanış olaq.

 

Həyat tərzi və mədəniyyət

İngiltərə suveren bir dövlət deyil. Ölkə dünya tarixindəki dərin köklərindən Beatles-a və müasir elmdəki lider roluna qədər fərqli bir mədəniyyətə sahibdir. İngiltərə dedikdə hər kəsin fikrinə ilk olaraq David Beckham, balıq və cipslər, Big Ben, qırmızı avtobuslar, Oasis, Blur, the Beatles, London və məşhur ingilis çayı gəlir. Royal Family isə bu ölkədə və dünyada çox məşhurdur. Windsor Castle, hələ də istifadə edilən ən qədim kral iqamətgahıdır. Hətta burada kraliçanın öz şairi var.

İngiltərə qidaları ilə məşhur olmasa da (balıqları və cipsləri çox az qiymətləndirilir), xüsusən Londonun böyük şəhərlərinin müxtəlif əhalisi, müxtəlif dünya ləzzətlərinin yanında Hindistan və Tay mətbəxlərinin də fərqli çeşidini təqdim edir. İngiltərədə çox qəribə ölkə ənənələri var. Hər il bu ənənələrlə bağlı yarışlar əyləncələr təşkil olunur. Bu ölkədə çətiriniz hər zaman yanınızda olsun, ani yağışlar sizi yaxşıca islada bilər. Amma narahat olmayın, bir fincan isti ingilis çayı gününüzü həmişə işıqlandıracaqdır.

 

Dil

Təhsil aldığınız ölkədə danışdığınız dil xaricdəki təcrübənizə böyük təsir göstərir. İngiltərədə danışılan ingilis ləhcəsi Amerikadakından fərqlənir, siz də lüğət və tələffüzdəki bir neçə fərqə vərdiş etməlisiniz. Bu ölkənin müxtəlif bölgələri və şəhərlərinin hər biri fərqli bir dil vurğusuna sahibdir. Məsələn; Londondan gələn bir şəxsin ləhcəsi Manchester’dən gələndən tamamilə fərqli səslənəcəkdir.

 

Proqramlar və Mövzular

İngiltərədəki xaricdə təhsil proqramları, mühazirələr və kurslar Amerika təhsil sisteminə dərslərinə bənzəyir. Seçdiyiniz proqramdan asılı olaraq bir yaz, bir semestr və ya 4 il boyunca İngiltərədə təhsil ala bilərsiniz. Burada təhsil almaq üçün ən yaxşı mövzular arasında siyasi elmlər, ədəbiyyat, tarix və həyat elmləri daha çox diqqəti cəlb edir.

 

Faydaları 

Manat ilə funt arasındakı dönüşüm nisbəti ilə İngiltərədə yaşamaq və təhsil almaq dəyəri bir qədər yüksək ola bilər. Büdcəni diqqətlə ayırmaq və qatar biletlərindən film biletlərinə qədər tələbə bonuslarından faydalanmaq vacibdir. İngiltərədə təhsil alma, tarixi və mədəni nüfuza sahib bir ölkədə yaşamaq üçün əla bir fürsətdir. Bu ecazkar ölkə bütün dünyada aktual işlərdə lider ölkələrdən biridir. Dünyanın hər yerindən olan tələbələr London, Manchester, Glasgowda yerləşən kampuslarda dərs alır, fikir, layihə, ilham və baxış mübadiləsi aparırlar. Bunların hamısı, estetik zövqlərinin təkamülünə gətirib çıxararaq gələcək karyera seçimləri haqqında fikir əldə etmələrinə kömək edir. 

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər