Biznes hədəflərinizə doğru universitet seçimləri

 

Qloballaşan dünyada bütün ölkələrin bazarları və pul siyasətləri bir-birinə təsir edir və ticarət, iqtisadiyyat, maliyyə kimi sahələrdə beynəlxalq diplom və təhsilin əhəmiyyəti ön plana çıxır. Xüsusilə iqtisadi sistemləri ilə bütün dünyana təsir edən ölkələrdə bu sahələrdə təhsil almaq son illərdə daha da populyarlaşmışdır.

Xaricdə təhsil alarkən işləmək, təhsil müddətində yerli və ya beynəlxalq şirkətlərdə təcrübə keçmək, beynəlxalq şəbəkəyə sahib olmaq və məzun olduqdan sonra iş icazəsi almaq kimi imkanlar bu sahələrdə xaricdə təhsilə yüksək tələbat yaratmışdır. Azeri Student, tələbələrinə geniş miqyaslı bir seçim təklif edir ki, bununla da ABŞ, Kanada kimi xarici ölkələrdə olduğu kimi Avropada da yüksək keyfiyyətli bir təhsil ala bilərsiniz.

Biznes proqramlarınin təhsil müddəti də ölkəmizdən fərqli ola bilər. Beləki bəzi ölkələrdə təhsil 2 il davam edir, bəzi ölkələrdə isə 3-4 il çəkə bilər. Hər bir universitet tələbələrə fərqli bir tədris proqramı ilə təhsil verir. Bu kiçik siyahıda biznes sahəsi üzrə ən qabaqcıl universitetləri təqdim edirik.

 

AVROPA

  • IUBH
  • ЕU BUSINESS SCHOOL
  • GLION & LES ROCHES - Biznes və turizm sektoru üzrə TOP-3-də yer alır

 

ABŞ

  • University of Illinois Chicago
  • University of Arizona

 

KANADA

  • University of Manitoba
  • Simon Fraser Univesity - biznes sahəsində TOP-5’ daxildir

 

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan Amerika Birləşmiş Ştatlarında, eləcə də Avropada iqtisadiyyat - biznes - maliyyə menecmenti kimi bir bölmədə təhsil alırsınızsa, məzun olduqdan sonra işsiz qalmağınız qeyri-mümkündür. Yenilikçi maliyyə sistemlərinin, iqtisadi siyasətlərinin və iş elminin davamlı böyüdüyü Amerika və Avropa ölkələrində dünyanın ən keyfiyyətli təhsili sizi gözləyir. Azərbaycandakı oxşar departamentlərlə məzmunu baxımından ciddi fərqlərə sahib olan və fənlərarası bir yanaşma qəbul edən iqtisadiyyat və ticarət şöbələrini bitirdikdən sonra dünyanın ən böyük beynəlxalq şirkətlərində və ticarət təşkilatlarında iş tapmaq fürsətiniz olacaqdır.

Biznes bölməsini bitidikdən sonra marketinq, onlayn biznes, maliyyə, mühasibat, satış, mühasibat və bank sektorlarında əldə etdiyiniz bilik və bacarıqlar daxilində işləmək fürsəti tapa bilərsiniz. Bundan əlavə, biznes fakultəsi məzunları MBA proqramı keçib, xüsusi bir sahədə ixtisaslaşaraq iş həyatında karyera pilləkənlərinə daha sürətli qalxa bilərlər.

Azeri Student dünyanın yüzlərlə universiteti ilə tərəfdaşlıq edir. Şirkətimiz vasitəsilə daxil olan tələbələr müxtəlif universitetlərə qəbul üçün ən rahat şərtlərdən yararlanır. Universitetlərlə birbaşa əməkdaşlığımız sayəsində tələbələrimiz daha çox üstünlüklər qazanır, sənədləşmə proseslərində çətinliklərlə üzləşmirlər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər