Heç bilirsiniz ən az streslə, ən çox maaşı hansı peşə sahibləri qazanır?

Dostlar, gəlin etiraf edək ki, peşə seçimi edərkən hamımız əvvəlcə ən yüksək maaşı olan işi axtarırıq. Amma heç birimiz ən az stresli iş haqqında düşünmürük. Çox təəssüf ki, cəmiyyətimizdə insanlar pula öz emosional vəziyyətlətlərindən daha çox dəyər verirlər. Tədricən xoşbəxt həyatlarından, maraqlarından uzaqlaşdıqlarını isə hiss etmirlər. Buradan belə bir sual doğur həyat adlanan əbədi yarışda bu tarazlığı qorumaq mümkündürmü? Ən yüksək maaşı qazanarkən stressiz çalışa bilərik mi?

Bu yaxınlarda ABŞ Əmək Departamentinin məlumatlarına əsaslanan ixtisaslaşmış Business Insider portalı hər iki amili tarazlaşdıran işlərin siyahısını dərc etdi. Statistika Azərbaycan bazarını təsvir etmək üçün çox uyğun olmasa da, yenə də yeni peşəkar inkişaf vektorlarını, iş sahələrini tapmaqda bizə kömək edə bilər. Elə isə ən az ;stresli, eyni zamanda ən yüksək maaşlı peşələrlə gəlin birlikdə tanış olaq.

 


10. Təbiət Elmləri / Materialşünaslıq

Orta illik əmək haqqı: 88.000 avro

Bu sahə bəlkə də əmək bazarında ən az bilinən peşələrdən biridir. Burada professor-müəllimlər kimyəvi quruluşları və materialların xüsusiyyətlərini öyrənirlər. Bu peşənin stress səviyyəsi cəmi 62 baldır.


9. Geoloji kəşfiyyatçı

Orta illik əmək haqqı: 94 min avro

"Vulkan" və ya "Dantenin zirvəsi" şəkillərindəki səhnələri xatırladınızmı? Geoloqlar fəlakət filmləri üçün çox yaxşı aktyor ola bilərlər, əslində isə işləri çox darıxdırıcıdır. Onlar yerin tərkibini, quruluşunu və digər təbii hadisələri öyrənir, müxtəlif tədqiqatlar aparırlar. (stress səviyyəsi - 68 bal).

 

8. Riyaziyyatçı

Orta illik əmək haqqı: 94 min avro

Əmək Departamentinin stress təsnifatına əsaslansaq, riyaziyyatçıların siyahının başında gəldiyini görərdik. (stress səviyyəsi - 57 bal)

 

7. Bədii rəhbər (art director)

Orta illik əmək haqqı: 96 min avro

Filmlər, TV şouları, reklamlar və xəbər çəkilişləri üçün məkanın dizaynı və canlandırılması ilə məşğul olan bir sənət direktorudur. Bu sahə burada yer alan ən stresli peşədir. Eyni zamanda da ən əyləncəli sahələrdən biridir (69 stress nöqtəsi)

 

6. Kimya mühəndisi

Orta illik əmək haqqı: 96 min avro

Kimya mühəndisinin tam olaraq nə etdiyini tam olaraq başa düşmək çətin olsa da, Business Insider-in yazdığına görə, kimya mühəndisliyi xam maddələri gündəlik, faydalı məhsullara çevirməklə maraqlanır. Geyim əşyalarımız, istifadə etdiyimiz qida məhsulları və hətta istifadə etdiyimiz enerji kimya mühəndisliyindən asılıdır. Kimya mühəndisləri bütün bu məhsulları əldə etmək üçün prosesləri işləyərkən eyni zamanda dünya resurslarının idarə edilməsi, ətraf mühitin qorunması, sağlamlıq və təhlükəsizlik standartlarının təmin olunmasına yardım edir. Stress səviyyəsi 61 baldır.

 

5. İqtisadçı

Orta illik əmək haqqı: 101 min avro

Amerika portalının reytinqində gülməli bir fakt yer alır: iqtisadiyyat müəllimləri iqtisadçılardan daha çox maaş alırlar və iş prosesində daha az stress yaşayırlar - Stress səviyyəsi 64-63 ədəd bal arasındadır.

 

4. Politoloq

Orta illik əmək haqqı: 104 min avro

İdeoloji qütbləşmə və mədəni müharibələr dövründə məşhurlaşan və ən çox axtarılan bir peşə. Bu cür mütəxəssislər siyasi sistemlərin fəaliyyətinin mənşəyini və mexanizmlərini öyrənirlər. Gördüyümüz kimi politoloqlar, o qədər də gərgin deyillər:)) Stress səviyyəsi 61 bal.

 

3. Avadanlıq mühəndisi

Orta illik əmək haqqı: 106 min avro

Texnologiya sahəsinin ən yüksək ödənişli və ən çox axtarılan sahələr arasında hər zaman qalacağı artıq hamımıza aydındır. Maraqlıdır ki, bu məqalədə yer alan insanların çoxu avadanlıq mütəxəssisləridir. Ancaq unutmayın ki, bu cür işlərin stress səviyyəsi bir o qədər də aşağı deyil - 67 baldır.

 

2. Kompüter tədqiqatçısı

Orta illik əmək haqqı: 110.000 avro

Əvvəlki paraqrafda qeyd olunan, lakin daha yüksək əmək haqqı alaraq, daha az stress yaşayan işçilər isə kompüter tədqiqatları sahəsi mütəxəssisləridir. Bu peşə sahibləri hardware və proqram təminatı arasındakı problemlərin həllinin əsaslarını araşdırırlar. Stress səviyyəsi 66 baldır.

 

1. Fizik

Orta illik əmək haqqı: 116.000 avro

Ən yüksək maaşlı iş yerləri arasında ən az stress səviyyəsinə malik olan peşə isə fizikdir. Bəli, bu tədqiqatın qalibi FİZİKLƏR oldu. Stress səviyyəsi 62 baldır. Burada söhbət təcrübə və uzunmüddətli müşahidələr nəzərə alınmaqla fizikanın qanun və hadisələrinin öyrənilməsindən gedir. Siz necə fizik olmaq istərdinizmi? Bizcə 116.000 avro elə də az maaş deyil :)) Bu haqda düşünməyə dəyər...

Əziz tələbələr, siz də xaricdə təhsil üçün ixtisas seçərkən öz seçimlərinizə diqqətlə yanaşın. Karyera perspektivlərinizi, maraqlarınızı, sizi xoşbəxt edən xobbilərinizi nəzərə almağı unutmayın. Ehtiyaclarınız və gələcək ambisiyalarınıza uyğun mükəmməl bir universiteti isə bizimlə birlikdə seçməyə tələsin!

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər