IELTS sertifikatı olmadan ABŞ-da necə təhsil ala bilərəm?

Başlıq sizdə də çox təəccüb doğurdu bilirik. Axı necə IELTS olmadan ABŞ kimi bir ölkədə təhsil ala bilərəm deyə düşündüyünüzə əminik. Bu sualın cavabı çox sadədir. Amma gəlin əvvəlcə ABŞ-da təhsil haqqında danışaq. ABŞ uzun müddətdir ki, azərbaycanlı tələbələrin xaricdə təhsil üçün ən çox üstünlük verdiyi yerdir. Bəs buna səbəb nədir?

 

Müasir proqramlar

Dünyanın çox sayda ali təhsil müəssisəsi məhz ABŞ-da yerləşir. Hər biri ən qabaqcıl və tələbkar proqramlar təklif edərək, dünyanın hər yerindən istedadlı tələbələri cəlb etmək üçün rəqabət aparır. Burada öz sahələrində ən yaxşı tədqiqatçı və təcrübəçi olan müəllimlər və dəyişən tendensiyalarla ayaqlaşmaq üçün hazırlanan tədris proqramları ilə sizə mükəmməl bir təhsil təcrübəsi təmin olunur.

 

İntensiv təhsil

Bakalavr və magistr səviyyəsindəki proqramlar ən intensiv şəkildə tədris olunaraq, təhsilinizi maraqlarınıza və karyera hədəflərinizə uyğunlaşdırmağa imkan verir. İstər MBA, istərsə də Data Science proqramları üzrə təhsil alın sizin üçün uyğun öyrənmə metodları ilə bağlı geniş imkanlar təqdim ediləcəkdir.

 

Karyera perspektivləri

ABŞ-ın ən yaxşı universitetlərində təhsil alaraq xəyallarınızdakı işin tam yanınızda olduğuna əmin ola bilərsiniz. Çünki ABŞ təhsil proqramları sizi həm müasir, həm keçmiş dövr üçün lazım olan bütün biliklərlə təmin edir. Beləliklə siz, istər yeni qurulmuş, istərsə də uzun illərdir fəaliyyət göstərən bir şirkətdə arzuladığınız karyera perspektivlərini əldə edəcəksiniz. İndi isə sizi maraqlandıran əsas sual haqqında danışaq.

 

IELTS sertifikatı olmadan ABŞ-da necə təhsil ala bilərik?

- Sualınızın cavabı çox sadədir - Duolingo ingilis dili testi ilə.

 

Əminik ki, bu xəbəri eşitmək sizi də çox sevindirəcək. Bəli, siz Duolingo ingilis dili testi (DET) ilə xaricdəki təhsil hədəflərinizə IELTS imtahan nəticəsi olmadan rahatlıqla çatacaqsınız.

 

Bəs Duolingo nədir?

Bir sıra xarici dilləri tədris edən app proqramları ilə məşhur olan Duolingo, qısa zaman öncə ingilis dili bilik testini təqdim etdi. Digər bütün vacib dil testləri kimi, bu test də əsas dil bacarıqlarınızı, yəni LSRW-ni dinləmə, oxuma, yazma, danışıq bacarıqlarınızın səviyyəsini qiymətləndirir. Duolingo ingilis dili testi, real dil qabiliyyətini dəqiq nümayiş etdirmək üçün elmi olaraq hazırlanmışdır. Test hər kəsin öz bacarığına görə uyğunlaşdırıldığından, hər imtahanda fərqli suallar hazırlanır və sualları əvvəlcədən əzbərləmək mümkün olmur. Duolingo ingilis dili test nəticələri TOEFL iBT (standart ingilis dili testi) ilə açıq şəkildə əlaqələndirilir.

Başlanğıcda universitetlər Duolingo testini yalnız əsas testlərə əlavə olaraq qəbul edirdilər. Hal-hazırda isə bəzi universitetlər beynəlxalq abituriyentlərə özəl olaraq ingilis dili tələblərini yerinə yetirmək üçün Duolingo ingilis dili testini qəbul edir. Duolingo ingilis dili testinin ən böyük üstünlüyü odur ki, heç bir test mərkəzinə getmədən, ödənişi etdikdən sonra istədiyiniz zaman testdən keçə bilərsiniz - sabit görüş tələb olunmur.

 

DET üçün sizə nə lazımdır? 

Etibarlı, kəsintisiz internet bağlantılı otaq (office/ev) Bizim office desək daha uyğun olar :)) Kamera, mikrafon və ID card. Otaqda tək oturmaq mütləqdir, yanınızda başqa bir insan ola bilməz. Sınağınızın səhv yazılmadığından əmin olmaq üçün proektorlar tərəfindən qeyd ediləcək və yoxlanılacaq. Nəticələrinizi isə 2-5 iş günü ərzində əldə edə biləcəksiniz. Ən rahat məqamlardan biri də odur ki, rəsmi sınaq testini arzuladığınız qədər edə bilərsiniz. Testi hər dəfə etdiyiniz zaman fərqli suallar toplusu ilə üzləşəcəksiniz. Bu da öz növbəsində sizə faydalı təcrübə şansı qazandıracaqdır.

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər