IT mütəxəssisi olmaq istəyirəm!

"IT mütəxəssisi olmaq istəyirəm!" - Bəli, son illər valideynlər övladlarından peşə seçimi haqqında soruşduqda məhz bu cavabı alırlar. Təbii ki, bu heç də təəccüblü hal deyil, çünki gənclər arasında "IT mütəxəssisi" obrazı kompüterdə çox oturan, yaxşı pul qazanan, fiziki və zehni stresslə yüklənməyən insanlar kimi tanınır. Gənclər də bu səbəbdən bu peşəyə böyük maraq göstərirlər.

Ancaq bir IT mütəxəssisi və bir proqramçı eyni məna daşımır. Hal-hazırda bu ifadələr proqram tərtibatı, veb sayt hazırlama, oyunlar və kompüterlə əlaqəli hər şeyi ifadə etmək üçün geniş mənada istifadə edilən, dəbdə olan ən populyar sözlərdir. Sözü gedən sahədə axtarılan bir mütəxəssis olmaq, bu gün dəbdə olan qısamüddətli IT kurslarında elan edildiyi qədər asan deyil.

İnformasiya texnologiyaları və kompüter elmləri yüksək sıçrayışlarla inkişaf edir və bir çox proqnozlara görə, bu yalnız başlanğıcdır.

Bu sahədə peşələrin əsas üstünlükləri göz qabağındadır - dünya əmək bazarında yüksək tələbat və yüksək gəlir səviyyəsi. Ən yaxşı universitetləri seçməzdən əvvəl "IT", "Computer Science" və "Computer Engineering"-nin nə olduğunu, bu sahələrin bir-birindən necə fərqləndiyini və sizə hansının daha uyğun olduğunu anlamaq vacibdir.

 

1. Computer Science

Computer Science ixtisası sahibləri əslində elm adamlarıdır. Məlumatı idarə etmək və ötürmək üçün yeni yollar yaratmağa çalışır, nəzəriyyələr, alqoritmlər və ali riyaziyyatla işləyirlər. Məsələn, kompüter oyunları, Microsoft Office, Windows və ya iOS - bunların hamısı Computer Science mütəxəssisləri tərəfindən yaradılmışdır.

 

“Computer Science” məzunlarının peşələri

  • Applications software developer
  • Systems engineer
  • Web developer

 

2. Computer Engineering 

Computer Engineering - elektrik mühəndisliyi və kompüter elmlərininin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsidir. Kompüter mühəndislərinin adətən elektronik mühəndisliyi bilik və bacarıqları olur. Kompüter mühəndisləri tez-tez müəyyən bir proqramın işini dəstəkləməli olan hesablama sistemləri yaratmaqla hardware-proqram problemlərinin həlli ilə məşğul olurlar. Kompüter Mühəndisliyi tələbələri Kompüter Elmləri, Mühəndislik və Riyaziyyat fənlərini öyrənirlər.

 

“Computer Engineering” məzunlarının peşələri

  • Computer and electronic product manufacturing
  • Computer systems design and related services 
  • Scientific research and development services

 

3.Information Technology

IT mütəxəssisləri əsasən texnologiya istifadəçiləridir. IT mütəxəssisləri mövcud əməliyyat sistemlərini, proqramlar və tətbiqlərini müəyyən bir iş problemini həll edən bir kompleksə birləşdirirlər. Həmçinin, ITmütəxəssisləri yaradılmış sistemləri dəstəkləyir, müştəriyə texnoloji problemləri aradan qaldırmağa kömək edir, biznes sahiblərinə xüsusi problemləri həll edən texnoloji plan hazırlamağa kömək edir. Bu gün demək olar ki, hər bir iş yerinin IT mütəxəssislərinə ehtiyacı var!

 

“Information Technology” məzunlarının peşələri

  • Information security analyst
  • Network architect
  • Computer support specialist
  • Database administrator
  • Systems administrator

 

İstədiyimiz ixtisasa və gələcək peşəyə qərar verdiyimizə görə, ən yaxşı universiteti seçməyin və qəbul prosesinə başlamağın vaxtıdır! O zaman elə indi Azeri Student təhsil komandasın ilə əlaqə saxlayın! Biz hər bir tələbənin özünəməxsus olduğunu bilirik və məqsədlərinizə çatmağınıza, keyfiyyətli təhsil almağınıza və uğurlu karyera yolunuzda yanınızda olmağa hər zaman hazırıq.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər